DOST Əmanəti - artiq əmanət faizlərini bank yox, Siz özünüz artıracaqsınız!
Dost əmanət növündə öz vəsaitlərini yerləşdirən şəxs öz vəsaiti hesabına və ya dostları vasitəsilə əmanət faizını hədsiz olaraq daimə artıra bilər. Siz özünüz əmanətinizi artırmaqla və yaxud öz dostlarınızı və tanışlarınızı Rabitəbankda əmanət yerləşdirməyə cəlb etməklə faiz dərəcənizi istənilən faizədək artıra bilərsiniz. Dost əmanətiniz üzrə faiz dərəcəsi Rabitəbanka cəlb etdiyiniz əmanətlərin həcmindən asılı olaraq artır. Əmanət üzrə faiz artımı aşağıdakı düsturla hesablanır:
Cəlb etdiyiniz əmanətin məbləği / Sizin əmanətin məbləği = Sizin əmanətin faiz artımı
Misal ücün:
Sizin Dost əmanətində 1000 manat məbləğində illik 12% dərəcəsi ilə pulunuz var.
Əgər Siz özünüz və ya Sizin məsləhətinizlə hər hansı digər bir şəxs 5 000 manat məbləğində vəsaiti Rabitəbankda yerləşdirərsə, Sizin illik əmanət faiziniz həmin gündən 5% artır (5000 manat bölünür 1000 manat) və 17% olur (12% + 5%).
Dostunuz tərəfindən yerləşdirilən məbləğ 50 000 manat olarsa əmanət faiziniz 50% artır (50000 manat/ 1000 manat ) və 62% olur.
Dostunuz tərəfindən yerləşdirilən məbləğ 500 000 manat olarsa əmanət faiziniz 500% artır (500 000 manat / 1000 manat) artır və 512% olur.
Siz istənilən sayda əmanətçi cəlb etməklə öz əmanətiniz üzrə faiz dərəcəsini hədsiz artıra bilərsiniz. Cəlb etdiyiniz əmanətlər məbləği nə qədər yüksək olarsa Sizin əmanət faiziniz də o qədər çox yüksələcək. Siz banka cəlb etdiyiniz digər müştəri öz vəsaitini banka istənilən müddətə, valyutada və əmanət növünə yerləşdirə bilər. Sizin DOST əmanəti üzra faiz dərəcənizin artması üçün, sadəcə cəlb etdiyiniz müştəri bankda öz vəsaitini yerləşdirərkən Sizin tam adınızı ona xidmət edən müştəri xidməti əməkdaşına deməlidir. Həmçinin Siz özünüz Rabitəbankda əlavə əmanət yerləşdirməklə Dost əmanətiniz üzrə faiziniz artıra bilər.
Dost əmanətin digər şərtləri:
Əmanətin minimal məbləği 200 AZN/USD.
İlkin illik faiz dərəcəsi 12%
Maksimal faiz dərəcəsi - hədsiz !
Müddət: əmanət 1 il və ya 2 il müddətinə açıla bilər
Faizlərin ödənişi: rüblük
Dost əmanəti Rabitəbankın baş ofisində və bütün filiallarında açıla bilər.