Kreditlər | |
| Rabitəbank ASC əhalinin pul kreditlərinə olan tələbatını təmin etmək istiqamətində fiziki şəxslərlə sıx əməkdaşlıq edir. Bankın təklif etdiyi kreditlər müştərilərə yeni maliyyə imkanları yaratmaqla planlarınızı reallaşdırmağa, adət etdiyiniz həyat tərzinizi dəyişmədən məqsədinizə çatmağa kömək edəcək. | |
Bankımızın mütəxəssisləri tərəfindən hazırlanmış kreditləşmə proqramları Sizin tələblərinizə tam uyğunlaşdırılmış, istəklərinizi nəzərə alaraq hazırlanmışdır. Rabitəbankdan kredit almaq asan, rahat və ən əsası sərfəlidir. Rabitəbank-ın kreditləri istənilən məqsəd üçün verilir, minimum sənədlər toplamaq tələb olunur, bu kreditləri almaq asan, ödəməksə rahatdır. Rabitəbank etibarlı borcalanlarla əməkdaşlıq etməkdə maraqlıdır. Kreditləşdirmə zamanı müştərinin ödəmə qabiliyyətinin olmasına, kredit resurslarının layihəsinə, təminatına və ondan məqsədli istifadə olunmasına, biznes-kreditlər verildikdə - müştəri ilə əməkdaşlı tarixinin olmasına (hesablaşma-kassa xidməti, valyuta əməliyyatları və s.) xüsusi diqqət yetirilir. Eyni zamanda, Rabitəbank yüksək səviyyədə keyfiyyətli xidmət və sərfəli şərtlərini yeni müştərilərinə də təqdim edir. Özünün sabit perspektivli biznesi, müvəffəqiyyətli iş təcrübəsi, Bankla əməkdaşlıq təcrübəsi olan Müştərilərə üstünlük verilir. Rabitəbankda kredit proqramlarının seçimi çox genişdir. Bankımızda İpoteka Kreditləri, İstehlak Kreditləri, Avtomobil Kreditləri, Biznes Kreditləri nəzərdə tutulub. Bankın daha bir müasir məhsulu kredit kartlarıdır. Kredit kartları son dərəcə əlverişli şərtləri və rahatlığı ilə fərqlənir. Çevik və optimallaşdırılmış ödəmə sxemləri krediti maksimal rahat qayda ilə və Sizə uyğun müddətlərdə qaytarmağa imkan verir.
|