MasterCard Maestro və Visa Electron debet kartları gündəlik hesablaşmalar, əmək haqqı ödənişləri üçün əlverişli vasitədir. Bu kartlar vasitəsilə Siz dünyanın istənilən ölkəsində həmin ölkənin milli valyutasında nağd vəsaitləri əldə edə bilərsiniz. Həmçinin ticarət məntəqələrində mallar və xidmətlərin ödənişi məqsədi ilə bu kartlardan istifadə etmək mümkündür.
Vəsaitininzin nağd şəkildə saxlanmasının yaratdığı narahatlıq və təhlükələrin qarşısını almaq üçün Rabitəbankın təklif etdiyi debet kartlardan istifadə ən düzgün seçimdir. Belə ki, kart hesabında olan vəsaitlərin itirilməsi və oğurlanması ehtimalı çox aşağıdır. Kart hesabınızda olan vəsaitləri Siz sadəcə hesabınızın qalığında saxlaya bilərsiniz, ölkə daxilində və ya xaricdə istifadə edə bilərsiniz, eləcədə Kartdan karta xidmətindən (card-to-card) istifadə edərək bir neçə saniyə ərzində digər karta köçürə bilərsiniz.
![]() | ![]() |
| İllik xidmət haqqı : 15 AZN (USD, EUR) | İllik xidmət haqqı : 10 AZN (USD, EUR) |
| Əlavə karta görə: 10 AZN (USD, EUR) | Əlavə karta görə: 5 AZN (USD, EUR) |