Home
 
 

Əmək haqqı kartları

Əmək haqqı kartı - işçilərinizin adına açılan və Xüsusi Kart Hesabına bağlı olan adi bir plastik kartdır. İşçiyə çatacaq əmək haqqı, mükafatlar, məzuniyyət, ezamiyyə ödənişləri və digər bu kimi ödəmələr Müəssisə tərəfindən bu karta hesablanır. Əmək haqqı kartı Bankın müştərilərinin fərdi qaydada əldə etdikləri digər plastik kartlardan heç nə ilə fərqlənmir və plastik kart sahibləri üçün xüsüsi olaraq işlənilmiş digər bank məhsul və xidmətlərindən istifadə etməyə imkan verir.

Əmək haqqı kartlarının illik xidmət haqqı və bankomatlar vasitəsi ilə vəsaitlərin nağdlaşdırılmasına görə komissiya Müəssisə tərəfindən ödənildiyindən işçiləri heç nə itirmirlər. Nəticədə işçi heç bir maneə, kassalar qarşısında növbələr və ləngimələr olmadan əmək haqlarını tam vaxtında bankomatdan ala bilirlər.
Kartın illik xidmət haqqı Bankla Müəssisə arasında sazişlə müəyyən edilir.

Cirrus/Maestro

Cirrius/Maestro kartları Rabitəbank tərəfindən əmək haqqı kartı kimi təklif olunur. Cirrius/Maestro əldə olunması və istifadəsi baxımından ən rahat plastik kart növüdür. Bu kartların sahibləri bütün dünya üzrə ATM və POS - terminallar şəbəkəsi vasitəsilə nağd vəsait əldə etmək, həmçinin ticarət və xidmət məntəqəsində alış - veriş etmək imkanına sahibdirlər.

Əmək haqqı kartları Müəssisə üçün niyə sərfəlidir?

Rabitəbank əməkdaşlıq etdiyi müəssisələrin işçilərinə operativ surətdə nağd pul vəsaitləri almaq imkanı yaratmaq üçün həmin Müəssisənin ərazisində bankomatların quraşdırılmasını mümkün sayır.

Əmək haqqı kartı Müəssisənin əməkdaşları üçün niyə sərfəlidir?

Əmək haqqı layihəsinin iştirakçısı olmaq üçün nə etməli?

Əmək haqqı işçilərin hesablarına necə hesablanır?

Feedback
Deposit
Credit

Rabitabankın Bakı şəhərində 6, regionlarında 14 filialı, 25 bankomatı var.

Xəritə