Home
 
 

Card to Card Xidməti

kk_400

 

Rabitəbankın kartları vasitəsilə Siz həftənin istənilən günü, 24 saat ərzində Kartdan karta (Card to card) xidmətindən istifadə etməklə özünüzün digər bir kartınıza və ya başqa bir adamın kartına pul köçürə bilərsiniz.

Kartdan karta (Card to card) xidməti pul köçürməyin ən sadə və sürətli üsuludur.

Xidmətdən istifadə üçün:

•·          Rabitəbankın MasterCard və ya Visa kartlarından birini əldə edirsiniz (Plastik kartlar, Əlaqə)

•·          Köçürmək istədiyiniz vəsaiti həmin karta mədaxil edirsiniz

•·          Vəsaiti göndərmək istədiyiniz şəxsin kartının üzərindəki 16 rəqəmli şifrəni dəqiqləşdirirsiniz

•·          Öz kartınızı Rabitəbankın bankomatına daxil edirsiniz

•·          Xidmətin dilini seçirsiniz

•·          Kartınızın ŞEN (PİN) kodunu daxil edirsiniz

•·          Ödəmələr bölməsinə daxil olub CardtoCard xidmətini seçirsiniz

•·          Vəsaiti göndərmək istədiyiniz şəxsin kartının 16 rəqəmli şifrəsini daxil edirsiniz

•·          Daxil etdiyiniz 16 rəqəmli şifrənin düzgünlüyünü təsdiq etmək üçün onu yenidən daxil edirsiniz

•·          Məbləği daxil edirsiniz

•·          Əməliyyat həyata keçirilir çek çap olunur

Əgər Siz vəsaiti alan tərəfsinizsə sadəcə kartınızın üzərindəki 16 rəqəmli şifrəni Sizə vəsait göndərəcək şəxsə bildirməklə heç bir xidmət haqqı ödəmədən vəsaiti ala bilərsiniz.

Xidmət tarifləri:

•·           Kartdan karta xidmətində vəsaiti köçürən şəxsdən məbləğin 0.5%-i (minimum 0.40 AZN) xidmət haqqı tutulur

•·           Vəsaiti alan şəxsdən heç bir xidmət haqqı tutulmur

Feedback
Deposit
Credit

Rabitabankın Bakı şəhərində 6, regionlarında 14 filialı, 25 bankomatı var.

Xəritə