Home
 
 

SMS-sorğu xidməti

"SMS-sorğu xidməti" nədir?

"SMS-sorğu xidməti" müştəriyə mobil telefonu vasitəsilə bank əməliyyatları barədə operativ məlumat almaq imkanı yaradan xidmətdir. Rabitəbank-ın təqdim etdiyi SMS-sorğu xidməti vasitəsilə Müştəri cari hesabı, əmanəti, kredit kart hesabı, kredit borcunun cari vəziyyəti və valyuta məzənnələri barədə son məlumatı ala bilir.

"SMS-sorğu xidməti"ndən kim istifadə edə bilər?

"SMS-sorğu xidməti"ndən istifadə etmək üçün Rabitəbank-ın müştərisi və ölkədə fəaliyyət göstərən istənilən mobil operatorun abonenti olmaq kifayətdir.

"SMS-sorğu xidməti"ndən istifadə qaydaları necədir?

Məlumat almaq üçün müştəri mobil telefonu vasitəsi ilə 051 810 44 88 nömrəsinə qısa ismarıc - SMS-sorğu göndərir və sorğuya cavab olaraq Bankdan avtomatik cavab SMS-i gəlir. SMS-sorğu aşağıda sxem üzrə göndərilir:

555

Bu sxemdə

Qeydiyyat nömrəsi - Bu, sizin bankdakı Müştəri profaylınızdakı qeydiyyat nömrənizdir. SMS-sorğu xidmətinə qoşulan zaman, sizə xidmət göstərən bank nümayəndəsi qeydiyyat nömrənizi sizə təqdim edəcək

Şifrə
- Yalnız sizə məlum olan gizli Şifrə Siz SMS-sorğu xidmətinə qoşulan kimi mobil telefonunuza göndəriləcək.

Əməliyyatın kodu - Məhz hansı əməliyyat üzrə məlumat almaq istədiyinizdən asılı olaraq aşagıdakı kod rəqəmlərdən birini yazmalısınız:

• 1 - Cari hesabın qalığı haqqında məlumat almaq üçün
• 2 - Debet kart hesabında qalıq haqqında məlumat almaq üçün
• 3 - Kredit kart hesabında qalıq haqqında məlumat almaq üçün
• 4 - Əmanətin qalığı haqqında məlumat almaq üçün
• 5 - Kredit borcu haqqında məlumat haqqında almaq üçün
• 9 - Valyuta məzənnələri haqqında məlumat almaq üçün
• 0 - Parolu dəyişmək üçün

Hesabın valyutası - Məlumat almaq istədiyiniz hesabı açdığınız valyutanın qəbul olunmuş qısa versiyasını qeyd edin: hesabınız manatdadırsa AZN, dollardadırsa - USD, avrodadırsa - Avro sözünü yazın.

Sıra nömrəsi - Bankda eyninövlü bir neçə hesabı olan müştərilər məlumat almaq istədiyi hesabın sayca neçənci açıldığını bu yerə qeyd etməlidirlər.

SMS-Sorğu nümunəsi:

12345 7777 3 USD 2

12345 qeydiyyat nömrəli, 7777 gizli şrifti olan Müştəri dollarda açdığı ikinci Kredit kart hesabının qalığı haqqında məlumat almaq üçün sorğu göndərmək üçün bu qaydada mesaj göndərməlidirlər.

"SMS-sorğu xidməti"-nə necə qoşulmaq olar?

"SMS-sorğu xidməti"-nə qoşulmaq üçün Müştəri sadəcə bankın bütün ofislərinə yaxınlaşaraq müvafiq ərizə formasını doldurmalı və müqaviləni imzalamalıdır.

"SMS-sorğu xidməti"ndən istifadə tarifləri hansılardır?

Bütün müştərilər, fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, SMS-Bankçılıq xidmətindən bir ay tamamilə pulsuz güzəşt dövründən istifadə edirlər. Müştəri yalnız Banka qısa ismarıc-sorğu göndərdikdə digər SMS-lərdə olduğu kimi, SMS-sorğuya görə də müvafiq sayda kontur itirəcəklər.
Bir ay pulsuz güzəşt dövrü bitdikdən sonra Müştəri fiziki şəxs olduqda "SMS-sorğu xidməti"ndən bir aylıq istifadə üçün 2 AZN, bir illik istifadə üçün birdəfəlik 20 AZN ödəyirlər.
Müştəri hüquqi şəxs olduqda hüquqi şəxs olduqda illik istifadə üçün bir aylıq 5 AZN, bir illik istifadə üçün birdəfəlik 50 AZN ödəyir.

"SMS-sorğu xidməti"ın hansı üstünlükləri var?

Rabitəbank-ın təqdim etdiyi SMS-sorğu xidməti müştərilərinə bank ofislərinə gəlməyə və ya zənglərə sərf edilən vaxta və vəsaitlərə qənaət etməyə imkan verməklə bərabər, həftənin 7 günü 24 saat ərzində ölkə hüdudlarından kənarda olduqda belə bank hesablarının vəziyyəti, son əməliyyatlar barədə məlumat, hesablarında olan vəsaitlərin hərəkəti zamanı (mədaxil və ya məxaric) bu barədə məlumat almaq imkan yaradır.

Feedback
Deposit
Credit

Rabitabankın Bakı şəhərində 6, regionlarında 13 filialı, 21 bankomatı var.

Xəritə