POS Terminallar | |
POS-TERMİNAL POS-terminalı nədir POS-terminal ticarət və xidmət müəssisələrində müştərilərin plastik kart vasitəsilə nağdsız ödənişlər aparması üçün istifadə edilir. Azərbaycanda son zamanlarda plastik kart bazaarında müşahidə olunan artım, plastik kart istifadəçilərinin sayının gündən-günə artması, nağdsız ödənişlərə və POS-terminallara ehtiyacı artırır. POS-terminalın ticarət və xidmət müəssisəsi üçün üstünlükləri Nağdsız əməliyyatlar inkassator xidmətlərinə ehtiyacı azaldır - Nağdsız əməliyyatlar kassirlərin işini asanlaşdırır və səhv hesablaşmaların qarşısını alır
- Nağdsız əməliyyatların aparılması daha rahatdır, ödəniləcək məbləğləri yuvarlaqlaşdırmağa ehtiyac qalmır və məbləğ dəqiq hesablanır
- Qalıq məbləğin müştəriyə qaytarılması üçün iri əsginası kiçik əsginaslarla əvəz etməyə ehtiyac qalmır
POS-terminalın quraşdırılması şərtləri: - Rabitəbankda-da hüquqi və ya sahibkar fiziki şəxsin adına hesabın açılması
- POS-terminalın quraşdırılması üçün sifariş ərizəsinin doldurulması
- POS-terminal yerləşdiriləcək obyekt sahibinin Vergi Şəhadətnaməsi
- POS-terminal yerləşdiriləcək obyektin vergi orqanlarında uçota alınması haqqında arayışın nüsxəsi
- Əgər POS-terminal yerləşdiriləcək obyekt icarəyə götürülmüşdürsə icarə müqaviləsinin sürəti
- Müəssisədə telefon xəttinin mövcud olması
POS-terminalın istifadə tarifləri: 1-ci tarif paketi - Müəssisənin Bankdakı hesabında sığorta depoziti yerləşdirir (məbləğ - 300 manat)
- POS-terminal ilə aparılan ödənişlərin həcminə görə müəssisədən tutulan aylıq komisyon haqq: 1% - Azərikard prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün, 2% - digər kartlarla olan əməliyyatlar üçün.
- Aylıq komisyon haqqının məbləği - 20 manat,
2-ci tarif paketi - Müəssisə POS-terminalı öz vəsaiti hesabına əldə edir
- POS-terminal ilə aparılan ödənişlərin həcminə görə müəssisədən tutulan aylıq komisyon haqq: 1% - Azərikard prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün, 2% - digər kartlarla olan əməliyyatlar üçün.
- Aylıq komisyon haqqının məbləği - 10 manat
|