Home
 
 

İnternet-Bankçılıq

 internet_bank

Rabitəbankın «İnternet bankçılıq» xidmətindən istifadə etməklə Siz, vaxtınıza və pulunuza qənaət edərək plastik kart hesablarınıza daim nəzarət edərək müxtəlif ödənişlər və köçürmələri həyata keçirə bilərsiniz. Xidmət qoşulma və istifadə tamamilə pulsuzdur.

 

Rabitəbankın «İnternet bankçılıq» xidmətinin imkanları:

 

•·     Kartlar haqqında ümumi məlumat (kartların siyahısı, növləri, hesab qalığı);

•·     Kartla aparılmış son 10 əməliyyat  haqqında çıxarış;

•·     İstənilən təqvim ayı üçün kart üzrə çıxarış;

•·     Kartdan karta pul vəsaitinin köçürülməsi;

•·     Ödənişlər

   o        Azercell
o        Bakcell
o        Narmobile
o        Aztelecom
o        Elcell
o        Elektrik enerjisi haqqı
o        Azeronline

•·     Kartın bloklaşdırılması - Əgər kartınız itərsə və ya oğurlanarsa bu xidmətdən istifadə etməklə Siz dər hal kartınızı özünüz bloklaşdıra bilərsiniz.

 

Rabitəbankın «İnternet bankçılıq» xidmətinə qoşulma qaydaları:

- Kartınızı bankomata daxil edin vә PİN-kodunuzu yığın;

- Bankomatın ekranında açılan menyuda veriləcək təlimatların dilini seçin (AZӘRBAYCAN, РУССКИЙ və ya ENGLISH);

- Әsas menyuda  ÖDӘMӘLӘR düymәsini seçdikdәn sonra açılan pәncәrәdә XİDMӘTLӘR seçin;

- İB PAROL SİYAHİ seçdikdәn sonra 20 ədəd şifrəli çek çap olunacaq;

- Çap etdiyiniz siyahınıdakı şifrələrdən istifadə edərək Rabitəbankın saytında (http://www.rabitabank.com/) Internet Bankçılıq bölməsində qeydiyyatdan keçirsiniz.

 

Diqqət! Birdəfəlik parollar «İnternet bankçılıq» sistemində təkcə sistemə qoşulmaq üçün yox, həm də sistemdə bəzi əməliyyatların təsdiq edilməsi üçün lazım olacaq. Bu səbəbdən birdəfəlik parollar siyahısının çekini saxlayın.

 

Bankomatda parollar siyahısını əldə etmək üçün istifadə etdiyiniz ödəmə kartının nömrəsini «İnternet bankçılıq» sisteminin internet səhifəsində "Yeni istifadəçinin qeydiyyatı" bölməsinə daxil edin və birdəfəlik parol vasitəsilə qeydiyyat növünü seçin. Bundan sonra, öyrətmələri izləyərək, birdəfəlik parolu (yalnız böyük latın hərflərini və rəqəmləri istifadə etmək lazımdır) və sistem tərəfindən tələb edilən nömrəni daxil edin, istifadəçi adı (loqin) və parol fikirləşib seçin. Bu loqin və parol vasitəsilə Siz gələcəkdə sistemə daxil ola biləcəksiniz.

Diqqət! Sizin tərəfdən yaradılan login və parol gizlidir və yalnız Sizə məlum olmalıdır. Bu səbəbdən:

 

Xidmətlə bağlı yaranan suallarınızı Rabitəbanka zəng vuraraq cavab tapa bilərsiniz.

 

AzeriCard Əlaqə Mərkəzi:

Telefon:      (+994 12) 5984697,

                  (+994 12) 5984376,

Qısa nömrə: (+994 12) 194    (yalnız stasionar telefonlardan zəng etmək üçün).

Feedback
Deposit
Credit

Rabitabankın Bakı şəhərində 6, regionlarında 14 filialı, 25 bankomatı var.

Xəritə