Əmanətlər | |
Rabitəbank-ın hüquqi şəxslər üçün nəzərdə tutulmuş əmanətləri sərfəli imkanları və çevik şərtləri ilə fərqlənir. Rabitəbank hüquqi şəxslərdən pul vəsaitlərini manatla və xarici valyuta ilə yazılı şəkildə bağlanmış depozit müqaviləsinin şərtəlrinə və qaydalarına əsasən cəlb edir. Bank müqavilədə göstərilmiş ölçüdə manatla və xarici valyuta ilə əmanətlərin məbləğinə faizlər ödəyir. Faiz dərəcələrinin ölçüsü əmanətin məbləğindən və müddətindən asılı olaraq Bankın İdarə heyəti tərəfindən müəyyənləşdirilir. Vəsaitlər manat, dollar və ya AVRO-da yerləşdirilə bilər. Əmanət üzrə məlumatların məxfiliyinə zəmanət verilir.
Pullarınızı Rabitəbank-da yerləşdikdə: - depozit əmanətinin artırılması həm nağd vəsaitlə, həm də nağdsız qaydada, Rabitəbank-da və ya digər banklarda açılmış hesablardan köçürülmə yolu ilə, həyata keçirilə bilərlər
- əmanətin məbləğinin və ona hesablanmış faizlərin qaytarılması gününün istirahət və ya bayram gününə düşdüyü təqdirdə, vəsaitləri Sizə iş günü olmayan gündən sonra gələn birinci iş günü qaytarılacaq.
Hüquqi şəxslərə əmanətin açılması üçün tələb olunan sənədlər: - hesabın açılması üçün ərizə (hər hesab növü üzrə 1 nüsxə)
- imza nümunələri (notarial qaydada təsdiq edilmiş 2 nüsxə)
- nizamnamə (əsli və ya notarial qaydada təsdiq edilmiş surəti)
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin şəhadətnaməsi (notarial qaydada təsdiq edilmiş surəti)
- Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsinin şəhadətnaməsi (notarial qaydada təsdiq edilmiş surəti)
- Azərbaycan Respublikası Vergilər Nazirliyinin şəhadətnamə-dublikatı (hər hesab növü üzrə 1 nüsxə)
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhadətnamə-dublikatı (hər hesab növü üzrə 1 nüsxə)
- müəssisənin rəhbərinin və baş mühasibin təyin edilməsi barədə ərizədən çıxarış
|