Home
 
 

Akkreditivlər

akkSənədli əməliyyatlar

Rabitəbank müştərilərinə geniş çeşiddə müasir bank xidmətləri və məhsulları təklif edir. Bankımızın təqdim etdiyi məhsullar qazandırmaqla yanaşı həm də son nəticədə müştərilərin işini asanlaşdırır, bir çox qayğılarını azaldır. Bankın təklif etdiyi sənədli əməliyyatların aşağıdakı növləri məhz belə xidmətlərdəndir:

Sənədli akkreditivlər

Akkreditiv müştərilər arasında hesablaşmaların ən təhlükəsiz formasıdır. Müəssisə və təşkilatlar, Alıcı və Satıcı arasında hər hansı alqı-satqı aparılarkən, xüsusən də ilk dəfə biznes əməliyyatı həyata keçirən tərəflər arasında qarşı tərəfin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməyəcəyi barədə narahatçılıq doğuran suallar ortaya çıxır. Belə bir məqamda akkreditiv əsasında əməliyyat aparmaq vəziyyətdən ən sadə və rahat çıxış yoludur.

Akkreditiv bir-birinə xidmət göstərən iki tərəfin arasında Bankın vasitəçi qismində iştirakını nəzərdə tutan bank xidmətidir. Akkreditiv Müştərinin (Alıcının) tapşırığı əsasında Satıcıya göstərdiyi xidmətin haqqını ödəyəcəyi barədə Bankın üzərinə götürdüyü şərti pul öhdəliyidir. Satıcı akkreditivdə göstərilən bütün öhdəliklərini yerinə yetirdiyi barədə (malın Alıcıya göndərildiyi və ya Alıcıya xidmətin göstərildiyi barədə) rəsmiləşdirilmiş sənədləri Banka təqdim etdikdən sonra Bank üzərinə götürdüyü öhdəliyi yerinə yetirir. Bank ödəmə səlahiyyətlərini digər banka ötürə də bilər.

Rabitəbankın təqdim etdiyi sənədli akkreditivlər hesablaşmaların, ilk növbədə də beynəlxalq hesablaşmaların ən təhlükəsiz və təminatlı formasıdır. Akkreditiv hesablaşmaları bankların nəzarəti altında aparılır və biznesin bütün tərəflərinin imzalanmış müqavilələrin şərtlərinə əməl edəcəklərinə tam təminat verir.

Akkreditivdən istifadənin Alıcı üçün üstünlükləri:

Akkreditivdən istifadənin Satıcı üçün üstünlükləri:

Rabitəbank akkreditiv üzrə aşağıdakı xidmətləri göstərir:

Sənədli akkreditiv üzrə tariflər cədvəli

 

 1. Akkreditivin açılması  0,2% min 100 USD
 2. Akkreditivin qabaqcadan aviz olması 50 USD
 3. Akkreditivin aviz olması 0,1% min 50 USD
 4. Akkreditivin təsdiqi Razılıq əsasında, ayda 0,1%-dən az olmamaq şərtilə, minim. 100 USD
 5.
 Ödəniş  0,1% min 20 USD
 6. Şərtlərin dəyişdirilməsi (təsdiqləmə və məbləğin artırılmasından başqa) və ya ləğvi  50 USD
 7. Akkreditivin məbləğinin artırılması (artırılan məbləğdən) 0,2% min 50 USD
 8. Sənədlərin qəbulu və yoxlanması  0,1% min 50 USD
 9. Daxili olan sənədlərdəki fərqlərə görə komissiya 50 USD
 10. Akkreditivin transferi  0,1% min. 100 USD

 

Sənədli inkasso

Sənədli inkasso - Satıcının öz Bankına Alıcıya təqdim edilən malın daşınması və digər sənədlərin müqabilində ondan ödənişin alınması və satıcının hesabına köçürülməsi ilə bağlı verdiyi tapşırıqdır. Satıcı malı təyin olunan yerdə boşaltdıqdan sonra sənədləri inkasso tapşırığı ilə birlikdə Banka təqdim edir. Bank sənədləri Alıcının bankı vasitəsilə inkasso tapşırığında göstərilmiş məbləğin ödənilməsi müqabilində Alıcıya təqdim edir.

Rabitəbankda sənədli inkasso əməliyyatları üzrə tarif cədvəli:

 

 1. Sənədlərin inkassoya qəbul edilməsi 0.1% min. 50 USD
 2. Ödəməyə və ya akseptə qarşı sənədlərin çatdırılması (həm idxal, həm də ixrac əməliyyatları üzrə) 0.15% min 50 USD
 3. Ödəməsiz sənədlərin çatdılması və ya ödənilməmiş sənədlərin geri qaytarılması 0.1% min. 50 USD
 4.  Şərtlərin dəyişdirilməsi/inkasso tapşırığının ləğvi  50 USD
Feedback
Deposit
Credit

Rabitabankın Bakı şəhərində 6, regionlarında 14 filialı, 25 bankomatı var.

Xəritə