Zəmanətlər | |
Bank zəmanəti - Bankın Sizin birgə biznes apardığınız tərəf-müqabilinizə, onun banka yazılı tələbnamə verdiyi təqdirdə, müəyyən məbləği ödəmək üzrə öhdəliyidir. Bank zəmanəti alıcı tərəfindən onun satıcı qarşısında öhdəliklərinin lazımi qaydada icrasını təmin edir. Bank zəmanəti eyniadlı məktub əsasında rəsmiləşdirilir.
Rabitəbank zəmanətlərin müxtəlif növlərini təklif edir: - ödənişə zəmanət
- icra zəmanəti
- avans ödənişinin qaytarılmasına zəmanət
- müqavilənin yerinə yetirilməsinə zəmanət
- tender zəmanəti
- digər zəmanət növləri
Bank zəmanət üzrə aşağıdakı xidmətləri göstərir: - Zəmanətlərin açılması, təsdiqi və avizo edilməsi
- Zəmanətlərlə iş zamanı konsultasiya xidmətlərin göstərilməsı
- Yüksək dərəcəli müxbir banklar tərəfindən zəmanətlərin təsdiq edilməsi
- Müştərilərin öz vəsaitləri hesabına zəmanətlərin açılması
- Rabitəbankın kredit xətti hesabına zəmanətlərin açılması
Zəmanətlər üzrə tarif cədvəli: | 1. | 100%-lik likvid təminatla | 0,2% (birdəfəlik) | | 2. | 3 ay müddətədək | 2% (birdəfəlik) | | 3. | 3 ay müddətdən yuxarı | 3% (illik) | | 4. | Zəmanətin müddətinin və məbləğinin artırılması | Razılaşma ilə | | 5. | Şərtlərin dəyişdirilməsi (məbləğin artırılmasından başqa) | 100 manat/ 50 USD | | 6. | Zəmanətin aviz olması | Razılaşma ilə, min.100 USD (respublikadan kənara vərilərkən) |
|