Elçin Qədimov 2006-cı ildən "Rabitəbank" Acıq Səmdar Cəmiyyətinin İdarə Heyəti Sədrinin müavinidir. Biznesin İnkişafı və İnvestor Əlaqələri sahəsinə rəhbərlik edir.
Rabitəbank-da işə başlamazdan əvvəl "Atabank" ASC-də İdərə Heyəti Sədrinin müavini vəzifəsində çalışıb.
Daha öncə, 1999-cu ildən 2002-ci ilədək Azərbaycan Beynəlxalq Bankının Xəzinədarlıq Departamentində və 1996-cı ildən 1999-cu ilədək Azərbaycan Əmanət Bankının Beynəlxalq Əlaqələr və Valyuta Əməliyyatları Departamentində müxtəlif vəzifələrdə çalışıb.
Elçin Qədimov 1999-cu ildə Azərbaycan İqtisadiyyat Universitetinin Mühasibat uçotu və Audit fakultəsindən Bakalavr, 2001-ci ildə isə həmin fakultədən Maqistr dərəcələrini alıb.
2002-ci ildən 2004-cü ilədək ABŞ-nın Cənubi Alabama Universitetində MBA dərəcəsi üzrə təhsil alıb.