Home
 
 

Biznes Tərəfdaşlarımız

 

 

Beynəlxalq Maliyyə Korporasiyası (IFC):

http://www.ifc.org/
Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun özəl bölməyə sərmayələr yatıran təşkilatlarından biridir. Rabitəbank-ın BMK ilə 1997-ci ildən başlayan əməkdaşlığı mikro, kiçik və orta biznesin kreditləşdirilməsi məqsədilə Banka uzunmüddətli kreditlərin ayrılmasına yönəlib. BMK həmçinin Bankın institusional təkmilləşməsinə yönəlmiş texniki dəstək göstərir.
Bankla BMK arasında 2007-ci ilin martında imzalanmış sonuncu razılaşmaya əsasən, Korporasiya Bankın aksiyalarını almaq hüququna malikdir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD):

http://www.ebrd.com/
Rabitəbank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 2006-cı ildən əməkdaşlıq edir. EBRD mikro, kiçik və orta sahibkarlığın, habelə ticarətin maliyyələşdirilməsi məqsədilə Banka kredit xətləri ayırmışdır. EBRD Banka kreditlərin anderaytinqi sahəsində texniki yardım göstərir.


İslam İnkişaf Korporasiyası (IDB)

http://www.isdb.org/
İslam İnkişaf Korporasiyası Azərbaycan da daxil olmaqla, İslam İnkişaf Konfransının 56 ölkəsi tərəfindən yaradılmış beynəlxalq maliyyə institutudur. Təşkilatın məqsədi üzv ölkələrin iqtisadi inkişafı və sosial tərəqqisidir. Rabitəbank IDB ilə kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində əməkdaşlıq edir.

Parex Bank:  

httr://www.parex.ru/
2007-ci ildə Rabitəbank 5 mln. ABŞ dollarlıq korporativ istiqrazlarını ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında yerləşdirmişdir. Bu istiqrazların Latviya bazarında yerləşdirilməsi yerli «Parex Banka» vasitəsilə həyata keçirilmişdir.

WorldBusiness Capital Inc (WBC):

http://www.rabitabank.com/admin/www.worldbusinesscapital.com
2008-ci ilin 1-ci rübündə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə Rabitəbank və ABŞ-ın WorldBusiness Capital Inc (WBC) investisiya fondu arasında 10 il müddətinə 5 milyon ABŞ dollarlıq kredit xəttinin açılmasına dair müqavilə imzalanmışdır. Kredit xətti xaricdəki ABŞ investisiyalarını sığortalayan Amerika Dövlət Agentliyi (OPIC) dəstəyi ilə ayrılmışdır.

Feedback
Deposit
Credit

Rabitabankın Bakı şəhərində 6, regionlarında 14 filialı, 25 bankomatı var.

Xəritə