az en ru
Home Mail
Tel: (+994 12) 598 44 88

Fax: (+994 12) 497 11 01
Xəbərlər 
2007-08-02
Rabitəbank İslam İnkişaf Korporasiyasından yeni kredit xətti alıb
İslam İnkişaf Korporasiyası (ICD) Rabitəbank ASC üçün ayırdığı kredit xəttini 2,1 milyon dollaradək artırmışdır. İslam İnkişaf Korporasiyasının banka ayıracaq yeni kredit xəttinin müddəti birinci ili güzəştli dövr olmaqla 6 il təşkil edəcək və ölkədə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönələcək. ICD Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönələn kreditlər çərçivəsində ölkənin bir sıra etibarlı, nüfuzlu bankları ilə əməkdaşlıq edir. Rabitəbank sözügedən təşkilatla əməkdaşlığa 2004-cü ildə başlamışdır. Maliyyə institutundan alınan kredit vəsaitlərini kiçik və orta sahibkarlara yönəldən Rabitəbank-ın beynəlxalq maliyyə qurumu ilə uğurlu əməkdaşlığı bu gün də kredit xəttinin artırılması ilə davam edir. Rabitəbank beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa 1998-ci ildən başlayıb və hazırda Bank ICD ilə yanaşı Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlıq edir. Banka beynəlxalq maliyyə institutları tərəfindən ayrılan kredit vəsaitlərinin həcmi 9,3 milyon dollar təşkil edir.



Bankomat 
Rabitabankın Bakı şəhərində və Respublikanin regionlarındakı bankomat şəbəkəsi

Plastik kartlar 
Rabitəbank ASC fiziki və hüquqi şəxslərə dünyanın ən məşhur ödəmə sistemlərinin müasir, çeşidli plastik kartlarını təklif edir.

Depozitlər 
Siz artıq Rabitabank-da öz istədiyiniz şərtlərinizə uyğun depozit secə bilərsiniz...

Pul köçürmələri 
Rabitəbank əhaliyə dünyanın istənilən nöqtəsini əhatə edən təcili pul köçürmələri üzrə xidmətlər təklif edir.



design & development: isetech