az en ru
Home Mail
Tel: (+994 12) 598 44 88

Fax: (+994 12) 497 11 01
Xəbərlər 
2007-07-23
Rabitəbank-ın aktivləri 2007-ci ilin ilk 6 ayı ərzində 35% artıb
Rabitəbank ASC 2007-ci ilin ikinci rübünü yüksək maliyyə göstəricilərlə başa vurub. Cari ilin yanvar-iyun aylarının maliyyə yekunlarına əsasən, Bankın aktivləri ilin əvvəli ilə müqayisədə 35% və ya 15,5 mln. manat artaraq, 59,9 mln. manat təşkil edib. İlin 6 ayının nəticəsinə görə bankın kredit portfeli 14% artaraq 34,5 mln. manat təşkil edib. Bankın məcmu kapitalı 30 iyun 2007-ci il tarixinə 12,8 mln. manat təşkil edib. Bankın depozit portfelinin həcmi ilin əvvəlinə müvafiq göstəricisi ilə müqayisədə 43,4% və ya 12 mln. manat artaraq 44 mln. manat təşkil edib. Depozitlərin strukturunda fiziki şəxslərin müddətli depozitləri ilin əvvəlindən 30% artaraq 16,4 mln. manat təşkil edib. İlin ilk 6 ayı nəticəsində bankın ümumi gəlirləri 3,77 mln manat, ümumi xərcləri isə 3,10 mln manat təşkil etmişdir. Beləliklə, 2007-ci ilin iki rübü nəticəsində bankın vergi çıxılmazdan əvvəl mənfəəti 2006-cı ilin analoji göstəricisi ilə müqayisədə 13,3% artaraq 672 min manat təşkil etmişdir. 2007-ci ilin əvvəlindən Rabitəbank Bakı şəhərinin Səbayıl rayonunda və Qusarda yeni filiallar acmışdır. Bununla da 5-i Bakıda, 9-u regionlarda olmaqla Bankın filiallarının sayı 14-ə çatmışdır.



Bankomat 
Rabitabankın Bakı şəhərində və Respublikanin regionlarındakı bankomat şəbəkəsi

Plastik kartlar 
Rabitəbank ASC fiziki və hüquqi şəxslərə dünyanın ən məşhur ödəmə sistemlərinin müasir, çeşidli plastik kartlarını təklif edir.

Depozitlər 
Siz artıq Rabitabank-da öz istədiyiniz şərtlərinizə uyğun depozit secə bilərsiniz...

Pul köçürmələri 
Rabitəbank əhaliyə dünyanın istənilən nöqtəsini əhatə edən təcili pul köçürmələri üzrə xidmətlər təklif edir.



design & development: isetech