Xəbərlər 
|
 |
2007-07-04 Rabitəbank-ın Qusarda filialı açılacaq
Bu yaxınlarda Rabitəbank ASC-nin Qusar rayonunda yeni filialı fəaliyyətə başlayacaq. Filial şəbəkəsini sürətlə genişləndirən Rabitəbank-ın Qusar rayon mərkəzində yerləşəcək yeni filialı respublikanın şimal bölgəsini müasir bank xidmətləri ilə təmin edəcək.
Rabitəbank-ın digər filialları kimi, Qusar filialı da fiziki və hüquqi şəxslərə müxtəlif növ əmanətlər, istehlak, ipoteka və biznes kreditləri, plastik kartlar və digər geniş çeşidli məhsulları təgdim edəcək.
Qusar filialı açıldıqdan sonra Rabitəbank filiallarının sayı 14-ə çatacaq. Filiallardan 5-i Bakının müxtəlif rayonlarını, 9-u isə respublikanın regionlarını əhatə edir. Hazırda Rabitəbank Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Şəki, Kürdəmir, Naxçıvan, Quba şəhərləri daxil olmaqla ölkənin bütün iri regionlarında təmsil olunub.
|