Xəbərlər 
|
 |
2007-04-30 Bakı şəhərinin mərkəzində Rabitəbank-ın yeni filialı fəaliyyətə başladı Aprelin 20-dən etibarən Bakı şəhərinin mərkəzində Rabitəbank ASC-nin yeni filialı fəaliyyətə başlayıb. Bakı şəhərinin mərkəzində, Mərdanov Qardaşları küç., 3 ünvanında (Rus Dram Teatrı ilə üzbəüz) açılan yeni "Səbail" filialı fiziki və hüquqi şəxslərə bütün növ bank məhsulları üzrə xidmət göstərəcək. Şəhərin ən fəal hissəsini müasir bank xidmətləri ilə təmin edəcək filial Rabitəbank-ın Bakı şəhərində sayca beşinci, respublika üzrə isə 13-cü filialıdır.
Filial şəbəkəsinin genişləndirilməsi Rabitəbank-ın strateji inkişaf planının tərkib hissəsidir və yeni filialın açılışı bankın uğurlu fəaliyyətinin məntiqi davamı olmuşdur. Hazırda Rabitəbank Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şamaxı, Şəki, Kürdəmir, Naxçıvan, Quba şəhərləri daxil olmaqla ölkənin bütün iri regionlarında təmsil olunub. Bank Bakı şəhərində, eləcə də respublikanın regionlarında filial və bölmələr açmaqla filial şəbəkəsini genişləndirməkdə davam etmək niyyətindədir.
|