az en ru
Home Mail
Tel: (+994 12) 598 44 88

Fax: (+994 12) 497 11 01
Xəbərlər 
2007-11-30
Rabitəbank 5 milyon dollar həcmində istiqrazlarını xarici bazarda yerləşdirilməsini başa çatdırıb

Rabitəbank 5 milyon dollar həcmində istiqrazlarını xarici bazarda yerləşdirilməsini başa çatdırıb Rabitəbank ASC faizli, sənədsiz, təminatsız istiqrazlarının Latviya bazarında yerləşdirilməsini uğurla başa çatdırmışdır. İstiqrazların ümumi məbləği 5 milyon dollar, dövriyyə müddəti 3 il, faiz dərəcəsi illik 13,5% təşkil edir. Yerləşdirmənin təşkilatçısı Baltik dövlətlərində bank xidmətləri və qiymətli kağızlar bazarının aparıcı iştirakçısı olan Parex Banka (Latviya) çıxış etmişdir. Rabitəbank istiqrazlarına Latviyanın maliyyə institutları, habelə beynəlxalq sərmayəçilər tərəfindən böyük maraq göstərilmişdir.

Rabitəbank İdarə heyəti sədrinin müavini Elçin Qədimov istiqrazların uğurla yerləşdirilməsini yüksək dəyərləndirmiş və bildirmişdir ki, beynəlxalq maliyyə bazarlarında müşahidə olunan son hadisələrə baxmayaraq, istiqrazların yerləşdirilməsinin müvəffəqiyyətlə həyata keçirilməsi beynəlxalq sərmayəçilərin Rabitəbank-a və bütövlükdə Azərbaycan bazarına olan marağının və etibarının nəticəsidir.

Rabitəbank 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin 9 ayının maliyyə yekunlarına əsasən, bankın aktivləri 69 milyon manat, kredit portfeli 39 milyon, depozit portfeli 32 milyon manat təşkil edir. Bu günə 5 filial Bakıda, 10 filial regionlarda olmaqla ümumilikdə Rabitəbank-ın 15 filialı fəaliyyət göstərir.




Bankomat 
Rabitabankın Bakı şəhərində və Respublikanin regionlarındakı bankomat şəbəkəsi

Plastik kartlar 
Rabitəbank ASC fiziki və hüquqi şəxslərə dünyanın ən məşhur ödəmə sistemlərinin müasir, çeşidli plastik kartlarını təklif edir.

Depozitlər 
Siz artıq Rabitabank-da öz istədiyiniz şərtlərinizə uyğun depozit secə bilərsiniz...

Pul köçürmələri 
Rabitəbank əhaliyə dünyanın istənilən nöqtəsini əhatə edən təcili pul köçürmələri üzrə xidmətlər təklif edir.



design & development: isetech