az en ru
Home Mail
Tel: (+994 12) 598 44 88

Fax: (+994 12) 497 11 01
Xəbərlər 
2007-11-30
Rabitəbank İslam İnkişaf Korporasiyası ilə yeni kredit sazişi imzalayıb


Rabitəbank İslam İnkişaf Korporasiyası ilə yeni kredit sazişi imzalayıb Noyabrın 30-da Rabitəbank ASC və İslam İnkişaf Korporasiyası (ICD) arasında 1 milyon dollar həcmində kredit xəttinin ayrılmasına dair yeni kredit sazişi imzalanmışdır. Yeni kredit xəttinin müddəti birinci ili güzəştli dövr olmaqla 6 il təşkil edəcək və ölkədə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönələcək. Bununla da İCD tərəfindən banka ayrılmış kreditin ümumi həcmi 2,1 mln. dollara çatmışdır.

Rabitəbank-ın baş ofisində keçirilən imzalanma mərasimində ICD-nin icraçı direktoru Xalid əl-Abudi kredit xəttinin genişləndirilməsini Rabitəbank-la uğurlu əməkdaşlığın nəticəsi kimi dəyərləndirmişdir. Rabitəbank-ın Müşahidə Şurasının sədri Zakir Nuriyev də Bankla maliyyə təşkilatı arasında uğurlu əməkdaşlığın davam etməsindən məmnunluğunu bildirərək yeni investisiyanın bankın qarşısında geniş inkişaf perspektivləri açdığını vurğulamışdır.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönələn kreditlər çərçivəsində ölkənin bir sıra etibarlı, nüfuzlu bankları ilə əməkdaşlıq edən İslam İnkişaf Korporasiyası ilə Rabitəbank arasında ilk kredit sazişi 2004-cü ildə imzalanmışdır. Rabitəbank beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa 1998-ci ildən başlayıb və hazırda Bank ICD ilə yanaşı Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlıq edir.

Rabitəbank 1993-cü ildən fəaliyyət göstərən kommersiya bankıdır. Cari ilin 9 ayının maliyyə yekunlarına əsasən, bankın aktivləri 69 milyon manat, kredit portfeli 39 milyon, depozit portfeli 32 milyon manat təşkil edir. Bu günə 5 filial Bakıda, 10 filial regionlarda olmaqla ümumilikdə Rabitəbank-ın 15 filialı fəaliyyət göstərir.




Bankomat 
Rabitabankın Bakı şəhərində və Respublikanin regionlarındakı bankomat şəbəkəsi

Plastik kartlar 
Rabitəbank ASC fiziki və hüquqi şəxslərə dünyanın ən məşhur ödəmə sistemlərinin müasir, çeşidli plastik kartlarını təklif edir.

Depozitlər 
Siz artıq Rabitabank-da öz istədiyiniz şərtlərinizə uyğun depozit secə bilərsiniz...

Pul köçürmələri 
Rabitəbank əhaliyə dünyanın istənilən nöqtəsini əhatə edən təcili pul köçürmələri üzrə xidmətlər təklif edir.



design & development: isetech