2008-03-06 Rabitəbank ASC-nin aktivləri 100 milyon dolları ötdü
2008-ci il fevral ayının yekunlarına əsasən, Rabitəbank ASC-nin aktivləri 84,45 milyon manat təşkil edərək, 100 milyon ABŞ dolları həddini ötmüşdür. 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə, 2008-ci ilin iki ayı üzrə aktivlərdə 12% artım qeydə alınmışdır. Cari ilin 2 ayının digər maliyyə göstəricilərində də artım tempi davam etmişdir. Yanvar-fevral ayları ərzində müştərilərə ayrılmış kreditlər 28% artaraq 65,7 mln. manata çatmışdır. Bankın 29 fevral 2008-ci il tarixinə məcmu kapitalı 13,6 mln. manata bərabər olmuşdur. Depozit portfelinin həcmi ilin əvvəli ilə müqayisədə 13,3% artaraq 62,2 mln. manata çatmışdır. Depozitlərin ümumi strukturunda fiziki şəxslərin müddətli depozitləri 25,4 mln. manat təşkil etmiş və bu göstərici üzrə ilin əvvəlindən artım 7% həcmində qeydə alınmışdır. Rabitəbank Azərbaycanın bank bazarında 1993-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 15 filialı mövcuddur ki, onların da 5-i Bakının, 10-u isə regionların payına düşür.
|