az en ru
Home Mail
Tel: (+994 12) 598 44 88

Fax: (+994 12) 497 11 01
Xəbərlər 
2008-04-21
Rabitəbank depozit faizlərini artırdı.Universal depoziti üzrə faiz dərəcəsi 21%-a çatdırıldı.

21 aprel 2008-ci il tarixindən etibarən Rabitəbank fiziki şəxslərə təqdim olunan müddətli depozit faizlərini artırdı. Belə ki, Universal depoziti üzrə maksimal faiz dərəcəsi 21%-ə çatdırıldı.

Müştərilərin tələblərinə maksimal uyğunlaşdırılması ilə fərqlənən "Universal" depoziti 3 aydan 3 il müddətinə kimi açıla bilər və depozit üzrə faizlər aylıq, 3 aydan bir, 6 aydan bir, ildə bir dəfə və müddətin sonunda alına bilər. Əmanət Azərbaycan manatı, ABŞ dolları və Avro-da qəbul olunur və depozit açmaq üçün minimal məbləğ 250 AZN/ABŞ dolları/Avro təşkil edir. Əlavə olaraq depozit hesabı açan hər bir müştəriyə faizlərin alınması üçün pulsuz Cirrus Maestro debet plastik kartı və əmanətin məbləğinin 30% qədər limiti olan Master Card kredit kartı təqdim olunur. 

Rabitəbank 1993-cü ildən fəaliyyət göstərir və hazırda ölkənin 15 ən böyük bankları sırasına daxildir. Rabitəbankda 31 mart 2008-ci tarixinə fiziki şəxslərin depozitlərinin həcmi 28,7 mln manat təşkil etmişdir. Həmin tarixə bankın aktivlərinin həcmi 95 mln manat, kapitalı isə 14 mln manat olmuşdur. Bankın filial şəbəkəsi 17 filialdan ibarətdir, o cümlədən 6 filial Bakı şəhərində və 11 filial ölkənin regionlarında fəaliyyət göstərir.




Bankomat 
Rabitabankın Bakı şəhərində və Respublikanin regionlarındakı bankomat şəbəkəsi

Plastik kartlar 
Rabitəbank ASC fiziki və hüquqi şəxslərə dünyanın ən məşhur ödəmə sistemlərinin müasir, çeşidli plastik kartlarını təklif edir.

Depozitlər 
Siz artıq Rabitabank-da öz istədiyiniz şərtlərinizə uyğun depozit secə bilərsiniz...

Pul köçürmələri 
Rabitəbank əhaliyə dünyanın istənilən nöqtəsini əhatə edən təcili pul köçürmələri üzrə xidmətlər təklif edir.



design & development: isetech