2008-04-20 Rabitəbank Şəmkir rayonunda filialı işə başladı
2008-ci ilin aprel ayında Rabitəbank ASC-nin Şəmkir rayonunda yeni filialı fəaliyyətə başladı. Filial şəbəkəsini sürətlə genişləndirən Rabitəbank-ın Şəmkir rayon mərkəzində yerləşəcək yeni filialı əhaliyə bank xidmətlərini təqdim edəcək. Rabitəbank-ın digər filialları kimi, Şəmkir filialı da fiziki və hüquqi şəxslərə müxtəlif növ əmanətlər, istehlak, ipoteka və biznes kreditləri, sürətli pul köçürmələri, plastik kartlar, və digər müasir bank məhsulları üzrə beynəlxalq standartlara uyğun geniş çeşidli xidmət göstərəcək. Bununla Rabitəbank filiallarının sayı 17-ə çatdı. Filiallardan 6-si Bakı şəhərinin müxtəlif rayonlarını, 11-u isə respublikanın regionlarını əhatə edir. Hazırda Rabitəbank Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Şəki, Kürdəmir, Naxçıvan, Quba, Qusar, Xacmaz və Şəmkir şəhərləri daxil olmaqla ölkənin iri regionlarında təmsil olunub. Strateji planına uyğun olaraq Rabitəbank 2008-ci ildə əlavə 2 filialı acılmağla, Baş Ofislə birlikdə xidmət şəbəkəsini 20-ya catdırmağa planlaşdırır. Rabitəbank 1993-cü ildə fəaliyyət göstərir, 31 Mart 2008-ci il tarixə bankın aktivlərinin həcmi 95 mln manat və kapitalı 14 mln manat təşkil edir.
|