2008-ci ilin aprel ayında Rabitəbank ASC-nin Şirvan rayonunda yeni filialı fəaliyyətə başladı. Filial şəbəkəsini sürətlə genişləndirən Rabitəbank-ın Şirvan rayon mərkəzində yerləşəcək yeni filialı əhaliyə bank xidmətlərini təqdim edəcək.
Rabitəbank-ın digər filialları kimi, Şirvan filialı da fiziki və hüquqi şəxslərə müxtəlif növ əmanətlər, istehlak, ipoteka və biznes kreditləri, sürətli pul köçürmələri, plastik kartlar, və digər müasir bank məhsulları üzrə beynəlxalq standartlara uyğun geniş çeşidli xidmət göstərəcək.
Bununla Rabitəbank filiallarının sayı 18-ə çatdı. Filiallardan 6-si Bakı şəhərinin müxtəlif rayonlarını, 12-i isə respublikanın regionlarını əhatə edir. Hazırda Rabitəbank Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Şəki, Kürdəmir, Naxçıvan, Quba, Qusar, Xaçmaz, Şəmkir və Şirvan şəhərləri daxil olmaqla ölkənin iri regionlarında təmsil olunub.
Strateji planına uyğun olaraq Rabitəbank 2008-ci ildə əlavə 1 filialı açılmaqla, Baş Ofislə birlikdə xidmət şəbəkəsini 20-ya catdırmağa planlaşdırır. Rabitəbank 1993-cü ildə fəaliyyət göstərir, 31 Mart 2008-ci il tarixə bankın aktivlərinin həcmi 95 mln manat və kapitalı 14 mln manat təşkil edir.