2008-05-29 Rabitəbank Beynəlxalq Maliyyə Korporasiyasının 2-ci kredit xəttini tam həyata keçirtdi.
Rabitəbank Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən 2-ci tranşı almaqla həcmi 2 milyon ABŞ dolları olan kredit xəttini tam istifadə etmiş oldu. Bu kredit xəttinin ayrılmasına dair mügavilə bank və korporasiya arasında 2007-ci ildə imzalanmışdır və kreditdən əldə olunan vəsait Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi layihələrinə yönəldilmişdir. Əlavə olaraq sazişə əsasən Beynəlxalq Maliyyə Korporasiyası kreditin bir hissəsini və tam olaraq bankın səhmlərinə çevirmək imkanı əldə etmişdir. Rabitəbank IFC-ilə 1997 ildən əməkdaşlıq edir və bugünədək Bank tərəfindən 2 kredit xətti əldə olunub və tam şəkildə istifadə olunmuşdur. Kredit xətti ilə yanaşı Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığ Texniki Yardım Layihəsinidə nəzərdə tutur. Bu layihəyə əsasən dünyanın nüfuzlu maliyyə institutlarında iş təcrübəsi olan beynəlxalq ekspertlər banka məsləhət xidmətlərinin göstərirlər. Layihə risklərin idarə olunması, strateji planlaşdırma və informasiya idarəetmə sistemləri sahəsində məsləhət xidmətlərini nəzərdə tutur. Rabitəbank Azərbaycan bazarında 1993-cü ildən fəaliyyət göstərir və 2008-ci il 1-ci kvartalın yekun göstəricilərinə görə bankın aktivlərin həcmi 95 mln manat, kapitalı isə 14 mln manat təşkil etmişdir. Respublika ərazisində bankın 18 filialı fəaliyyət göstərir, o cümlədən 6 filial Bakı şəhərində, 12-si isə ölkənin regionlarında. Beynəlxalq maliyyələşmənin cəlb edilməsi sahəsində Rabitəbank IFC ilə yanaşı İslam İnkişaf Bankı (ICD), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa və ABŞ-ın özəl maliyyə fondları ilə əməkdaşlıq edir. Bu günə Banka ayrılan kredit xəttlərinin həcmi 14 milyon ABŞ dollardan artıq məbləğ təşkil edir.
|