az en ru
Home Mail
Tel: (+994 12) 598 44 88

Fax: (+994 12) 497 11 01
Xəbərlər 
2008-07-03
Rabitəbank 15 illiyini qeyd etdi

Rabitəbank 30 iyun 2008-ci il tarixində yaranmasının 15 ilini qeyd etdi. Bankın yubiley mərasimi yerli və xarici bankların, dövlət strukturlarının, beynəlxalq və yerli maliyyə institutlarının, habelə bankın müştərilərinin iştirakı ilə təntənəli şəraitdə keçirilib.

1993-cü ildə Rabitə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış bank kimi fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.

Fəaliyyət göstərdiyi 15 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 18 filialdan ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı və Kürdəmir daxil olmaqla ölkənin 12 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və ümumi sayı 30 minə çatan müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı  üçün möhkəm bünövrə yaratmışdır.  

Bu dövr ərzində beynəlxalq maliyyə strukturları ilə uğurlu əməkdaşlığı Rabitəbankın şəffaflığının və beynəlxalq standartlara uyğunluğunun bariz göstəricisidir. 1997-ci ildən Beynəlxalq Maliyyə Korporasiya (İFC) ilə başlayan əməkdaşlıq hazırda həmçinin İslam İnkişaf Bankı (ICD), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə davam etdirilir. İnkişaf maliyyə fondları ilə yanaşı, Rabitəbank əlavə maliyyə vəsaitləri cəlb etmək məqsədilə ABŞ və Avropanın investisiya fondları və iri bankları ilə əməkdaşlıq edir. Belə ki, 2007-ci ildə bank 5 mln. ABŞ dollarlıq korporativ istiqrazlarını ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında yerləşdirmişdir. Bu istiqrazların Latviya bazarında yerləşdirilməsi yerli «Parex Banka» vasitəsilə həyata keçirilmişdir. 2008-ci ilin 1-ci rübündə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə Rabitəbank və ABŞ-ın WorldBusiness Capital Inc (WBC) investisiya fondu arasında 10 il müddətinə 5 milyon ABŞ dollarlıq kredit xəttinin açılmasına dair müqavilə imzalanmışdır. Kredit xətti xaricdəki ABŞ investisiyalarını sığortalayan Amerika Dövlət Agentliyi (OPIC) dəstəyi ilə ayrılmışdır.

Maliyyə institutları Rabitəbankla texniki yardım sahəsində də əməkdaşlıq edir və bu, nüfuzlu maliyyə institutlarında iş təcrübəsi olan beynəlxalq ekspertlərin banka məsləhət xidmətlərinin göstərməsi ilə əks olunur. Texniki dəstək üzrə əməkdaşlıq həmçinin risklərin idarə olunması, strateji planlaşdırma və informasiya idarəetmə sistemləri (MİS) sahəsində də məsləhət xidmətlərini nəzərdə tutur.

2008-ci ilin 1-ci rübünün yekunlarına görə, bankın aktivlərinin həcmi 95 mln. manat (2008-ci ilin birinci rübü ərzində 26% artmış, 2007-ci il ərzində - 71%), balans kapitalı 14 mln. manat (2008-ci ilin birinci rübü ərzində 12% artmış, 2007-ci il ərzində 21%), kredit portfelinin həcmi 70 mln. manat (2008-ci ilin birinci rübü ərzində 37% artmış, 2007-ci il ərzində 71%), depozit portfelinin həcmi 72 mln. manat (2008-ci ilin birinci rübü ərzində 30% artmış, 2007-ci il ərzində 72%) təşkil edir.




Bankomat 
Rabitabankın Bakı şəhərində və Respublikanin regionlarındakı bankomat şəbəkəsi

Plastik kartlar 
Rabitəbank ASC fiziki və hüquqi şəxslərə dünyanın ən məşhur ödəmə sistemlərinin müasir, çeşidli plastik kartlarını təklif edir.

Depozitlər 
Siz artıq Rabitabank-da öz istədiyiniz şərtlərinizə uyğun depozit secə bilərsiniz...

Pul köçürmələri 
Rabitəbank əhaliyə dünyanın istənilən nöqtəsini əhatə edən təcili pul köçürmələri üzrə xidmətlər təklif edir.



design & development: isetech