az en ru
Home Mail
Tel: (+994 12) 598 44 88

Fax: (+994 12) 497 11 01
Xəbərlər 
2008-09-17
«Rabitəbank» ABŞ-ın WBC İnvestisiya Fondundan cəlb etdiyi kreditin istifadəsini tamamlayıb
Azərbaycanın «Rabitəbank» Açıq Səhmdar Cəmiyyəti (ASC) ABŞ-ın «WorldBusiness Capital Inc.» (WBC) İnvestisiya Fondundan 5 mln. ABŞ dolları məbləğində cəlb etdiyi kreditin istifadəsini başa çatdırıb.
«Rabitəbank»dan «APA-Economics»ə verilən məlumata görə, kredit 10 il müddətinə Azərbaycanda kiçik və orta sahibkarlığın təkrar maliyyələşdirilməsinə yönəldilib. Kredit xətti ABŞ-ın dövlət qurumu olan Xarici Özəl İnvestisiyalar Agentliyi (Oversees Private İnvestment Corporation - OPIC) tərəfindən təsdiqlənib.
«Rabitəbank»ın hazırki kredit portfelinin 45%-i kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldilib. Ümumiyyətlə, bank bir sıra beynəlxalq maliyyə institutlarından kreditlər cəlb edib ki, bankın məcmu xarici öhdəliklər portfeli 20 mln. dollar təşkil edir. «Rabitəbank» Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), İslam İnkişaf Korporasiyasından (ICD) kreditlər cəlb edib. Bundan başqa, bankın istiqrazları Azərbaycandan kənarda yerləşdirilib.
Qeyd edək ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bu ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 98,649 mln. manat, kredit portfeli 73,431 mln. manat, depozit portfeli 82,373 mln. manat, məcmu kapitalı 11,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,003 mln. manat təşkil edib.



Bankomat 
Rabitabankın Bakı şəhərində və Respublikanin regionlarındakı bankomat şəbəkəsi

Plastik kartlar 
Rabitəbank ASC fiziki və hüquqi şəxslərə dünyanın ən məşhur ödəmə sistemlərinin müasir, çeşidli plastik kartlarını təklif edir.

Depozitlər 
Siz artıq Rabitabank-da öz istədiyiniz şərtlərinizə uyğun depozit secə bilərsiniz...

Pul köçürmələri 
Rabitəbank əhaliyə dünyanın istənilən nöqtəsini əhatə edən təcili pul köçürmələri üzrə xidmətlər təklif edir.



design & development: isetech