Rabitəbank ASC-nin Ağcabədi rayonun Həzi Aslanov küçəsində yeni filialı fəaliyyətə başladı. Filial şəbəkəsini sürətlə genişləndirən Rabitəbank-ın Ağcabədi rayon mərkəzində yerləşəcək yeni filialı əhaliyə bütün bank xidmətlərini təqdim edəcək.
Rabitəbank-ın digər filialları kimi, Ağcabədi filialı da fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmət göstərəcək, həmçinin əmanətlərin
qəbulu, hesablaşma-kassa əməliyyatları, istehlak və biznes kreditlərin verilməsi, sürətli pul köçürmələri, plastik kartların verilməsi və digər müasir bank məhsulları üzrə xidmət.
Ağcabədi filialın açılması ilə Rabitəbank xidmət bölmələrinin sayını 19-a çatdırdı. Filialların 6-si Bakı şəhərinin müxtəlif rayonlarını, 13-ü isə respublikanın iri regionlarını əhatə edir. Hazırda Rabitəbank Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Şəki, Kürdəmir, Naxçıvan, Quba, Qusar, Xaçmaz, Şəmkir, Şirvan və Ağcabədi şəhərlərində təmsil olunub.
Rabitəbank 1993-cü ildə fəaliyyət göstərir, 31 dekabr 2008-ci il tarixə bankın aktivlərinin həcmi 94 mln manat, kapital isə 15 mln manat təşkil edir. Rabitəbank əmanətlərin Sığortalanması Fondunun üzvüdür.