Home
 
 
21.04.08

Rabitəbankın Gəncə rayonunda şöbəsi də işə başladı

    Rabitəbank ASC-nin Gəncə şəhərinin filialla yanaşı Şah İsmayil Xətai prospekti, 155 ünvanında yerləşən yeni şöbə də fəaliyyətə başladı. Filial şəbəkəsini sürətlə genişləndirən Rabitəbank-ın Gəncə şəhərin mərkəzində yerləşəcək bu şöbə əhaliyə bütün bank xidmətlərini təqdim edəcək.
   
Rabitəbank-ın digər xidmət bölmələri kimi, Gəncə şöbəsi da fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmət göstərəcək, həmçinin əmanətlərin qəbulu, hesablaşma-kassa əməliyyatları, sürətli pul köçürmələri, plastik kartların verilməsi və digər müasir bank məhsulları üzrə xidmət. Gəncə şöbəsi açılması ilə Rabitəbank xidmət bölmələrinin sayını 21 çatdırdı. Xidmət bölmələrin 6-si Bakı şəhərinin müxtəlif rayonlarını, 15-ü isə respublikanın iri regionlarını əhatə edir. Hazırda Rabitəbank Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Şəki, Kürdəmir, Naxçıvan, Quba, Qusar, Xaçmaz, Şəmkir, Şirvan və Ağcabədi şəhərlərində təmsil olunub.
   
Rabitəbank 1993-cü ildə fəaliyyət göstərir, 31 dekabr 2008-ci il tarixə bankın aktivlərinin həcmi 94 mln manat, kapital isə 15 mln manat təşkil edir. Rabitəbank əmanətlərin Sığortalanması Fondunun üzvüdür.
Feedback
Deposit
Credit

Rabitabankın Bakı şəhərində 6, regionlarında 13 filialı, 21 bankomatı var.

Xəritə