Vakansiyalar


 

Mövcud olan vakansiyalar

 


Vəzifə üzrə əsas fəaliyyət:

  •     İllik büdcənin tərtibi prosesində iştirak edir və zəruri tədbirləri görür;
  •     Müvafiq strukturlardan yığılan məlumatların mütəmadi olaraq büdcə proqnozlarına uyğunluğunu yoxlayır;
  •     Bankın xüsusi proqram moduluna  müvafiq məlumatları yığır və onları mütəmadi olaraq təhlil edir;
  •     İnzibati xərclərə gündəlik nəzarət edir;
  •     Satınalmalara nəzarət edir, qiymət araşdırmasını həyata keçirir.
  •     Hesabatların hazırlanması üçün struktur rəhbərinə zəruri məlumatlar təqdim edir;
  •     Müxtəlif növ gündəlik və aylıq hesabları hazırlayır.

Namizədə olan tələblər:

  •     Təhsil : Ali (Maliyyə, iqtisad sahəsi üzrə təhsili olanlara üstünlük verilir);
  •     İş təcrübəsi: Bu və oxşar sahədə iş təcrübəsinə malik olan namizədlərə üstünlük verilir;
  •     Xarici dil bilikləri: ingilis dili arzuolunandır;  
  •     MS Excell proqramını yüksək səviyyədə bilməli;
  •     İFRS üzrə baza bilikləri arzuolunandır.
  •     Riyazi bilikləri və analitik düşüncəyə malik olmaq;
  •     Fərdi və komanda şəklində işləməyə bilmək.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır..
Əlaqə vasitələri:
E - mail :  career@rabitabank.com
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Tələblər:

  •     Adobe Photoshop, Adobe Illustrator, CorelDraw, HTML/CSS professional bilmək
  •     Flaş proqramını bilmək arzuolunandır
  •     GİF formatında işləmək bacarığı
  •     Banerların yaradılmasını bacarmaq
  •     İşə məsuliyyət, yaradıcı yanaşmaq, kreativlik
  •     Komandada işləmək bacarığı
  •     Portfolio mütləqdir

Öhdəliklər:

  •     Reklam broşürların, plakatların, posterların, stendlərin, banerların (flaş baner) dizaynının yaradılması
  •     Küçə reklamının dizaynı (pilonlar, asmalar)
  •     VEB səhifənin dizaynının yaradılması elementlərin saytda yerləşdirilməsi
  •     Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsi;
  •     Bankın  korporativ  «brandbook»-a  əsaslanaraq  bütün  dizayn  işlərinin və təqdimatların  hazırlanmasını  həyata  keçirilməsi;
  •     Bankın  intranet, websayt  və  digər  sosial şəbəkələrdəki rəsmi  səhifələrinin korporativ imicə  uyğun olaraq dizayn eskizlərini həyata keçirir;
  •     Filialların eksteryer və interyer dizaynın eskizlərini  hazırlayır;                               
  •     Küçə  və fasad reklamının dizayn işlərin eskizlərini hazırlayır.                                       

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.
Əlaqə vasitələri:
E - mail :  career@rabitabank.com
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Vəzifə üzrə əsas fəaliyyət:

Potensial müştərilərin banka cəlb olunması
Müştəri və kredit portfelinin kəmiyyətinin hədəfə uyğun olmasının təmin edilməsi
Kredit portfelinin idarə olunması və yüksək keyfiyyətinin təmin edilməsi 
Müştərilərə göstərilən  xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin verilməsi
Xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması, satış prosesinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi 
Müştərinin ödəniş qabiliyyətinin təhlil edilməsi (lazım olduqda müştərilərlə şəxsən görüşməsi və onların fəaliyyət göstərdiyi yerlərə səfərlər edilməsi)
Tabeçiliyində olan Kredit mütəxəssisləri tərəfindən aparılan biznes təhlillərinin və onların hazırladığı kredit memorandumlarının yoxlanılması
Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması 
Gözlənilə bilən risklərin və problemlərin qarşısının alınması üçün  lazımı tədbirlərin həyata keçirilməsi
Namizədə olan tələblər:

Ali təhsilin olması (Maliyyə və iqtisad sahələrə üstünlük verilir)
Azı 3 il Mikro kreditləri sahəsində iş təcrübəsinin olması (Beynəlxalq mikro-maliyyə institutlarında iş təcrübəsi olanlara üstünlük verilir)
MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olması;
Komandanın idarə edilməsində təcrübənin olması
Liderlik keyfiyyətlərinə malik olması
Yüksək təhlil etmə bacarıqları
Yüksək ünsiyyət və təqdim etmə bacarıqları
Təlim keçmə sahəsində  təcrübənin olması
Satışın psixologiyası və prinsiplərini əla bilməsi
Fərdi və komanda şəklində işləmək
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciələrini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər. 
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.
Əlaqə vasitələri:
E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Əsas vəzifələri:

  • Yeni ticarət müəsissələrinin (elektron mağazalar daxil olmaqla) və partnyorlarının banka cəlb edilməsi;
  • Yeni bankomatların və pos terminalların quraşdırılması üçün səmərəli yerləri axtarmaq, ehtiyac olduğu təqdirdə, mövcud bankomatların yerlərini dəyişdirmək;
  • Bankomatlar  və pos-terminallar üzrə partnyorlar bazasını aparmaq, dəstəkləmək və genişləndirmək;
  • Bankomatlar, pos-terminallar və embosserin quraşdırılmasını, xidmətini və profilaktik işlərini təmin etmək;
  • Bankomatların inkassasiyasını aparmaq;
  • Zərurət yarandıqda ticarət müəssisələrin, habelə bankın xidmət şəbəkəsinin  işçilərinə kart və pos-terminal istifadəsi üzrə təlimləri keçirmək;
  • Bankomat, embosser və pos terminallara aid Beynəlxalq Ödəniş Sistemlərinin yeniliklərinin və tələblərinin daimi izləmək, icra etmək və tətbiqini təmin etmək;

Namizədə olan tələblər:

  •  Ali təhsil 
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
  • Problemləri həll etmə bacarığı;
  • Yüksək təqdim etmə, təşkilatçılıq və satış qabiliyyəti;
  • Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
  • Məsuliyyətli və təşəbbüskar olmaq.

Əlavə Məlumat: 

  •  İş rejimi: həftənin I-V günləri, saat 09.00 – 18.00-dək;  
  •  İstirahət günləri: şənbə və bazar günləri
  •  Əmək haqqı (vergilər daxil olmaqla): 500-750 AZN (namizədin iş təcrübəsindən asılı olaraq);
  •  Namizədlə müvəqqəti müqavilə bağlanacaqdır.       

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər. Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.Əlaqə vasitələri: E - mail: career@rabitabank.com Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Gənc mütəxəssislərinin hazırlanması proqramı bankın peşakar mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirak etmək, bankın mütəxəssiləri ilə birlikdə müştərilərə xidmət sahəsində real təcrübəni qazanmaq və gələcəkdə bank sahəsində karyera qurmaq imkanları verir.

Gənc  mütəxəssislərinin hazırlanması proqramının iştirakçıları aşağıdakı mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər:

  •   Biznes etika anlayışı və korporativ davranış normalarının əsasları 
  •   Müştəri xidmətləri prinsipləri və müştərilərlə iş
  •   Bank məhsulları və onların satış prinsipləri
  •   Plastik kartlar və onlar vasitəsilə əməliyyatların aparılması
  •   Sürətli pul köçürmə sistemləri və onlarla iş prinsipləri  
  •   SWIFT, XÖНKS-la iş prinsipləri
  •   AR rezident və qeyri rezidentlərin valyuta əməliyyatlarının rejimi 
  •   Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları. Sərəncamlarla iş
  •   Mühasibat üçotonun əsasları və s.

Namizədlərə olan tələblər:

  •   Ali təhsil  
  •   Baza riyazi bilikləri və məntiq 
  •   Ünsiyyət qurma və komandada işləmək bacarığı
  •   Dəqiqlik, düzgünlük, məsuliyyətlilik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
  •   İnsanlarla asanlıqla münasibət qurmaq bacarığı, gülərüz olması
  •   Səlis danışıq və ozünü ifadə etmə bacarığı
  •   Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dilini bilərlərə üstünlük verilirr)

Proqramda müvəffəqiyyətlə iştirak etmiş və müsbət nəticələr əldə etmiş namizədlərə proqramın sonunda Rabitəbank ASC-dən sertifikat təqdim ediləcəkdir.

Gənc mütəxəssislərin hazırlanması proqramında iştirak etmək istəyən namizədlər career@rabitabank.com elektron ünvanına, e-mail mövzusu hissəsində “Müştəri xidməti üzrə təcrübə” qeyd edərək  CV-lərini göndərə bilərlər.

Əsas vəzifələr:

  • Mövcud Layihələrin təkmilləşdirilməsi və optimallaşdırılması
  • WEB layihələrin yaradılması

Namizədə olan tələblər:

  • Məlumat bazası biliklərinə malik olması
  • Bank sahəsi üzrə ən azı 2 il iş təcrübəsi
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətlilik və operativlik

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.
Əlaqə vasitələri:
E - mail :  career@rabitabank.com
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Əsas vəzifələr:

  • Mobil layihələrin yaradilması;
  • Desktop layihələrin təkmilləşdirilməsi və optimallaşdırılması;
  • Mövcud Layihələrin texniki dəstəyinin təşkilinin aparılması;

Namizədə olan tələblər:

  • Programlaşdirma bilikləri: Mobile development( iOS,Android), C#, Oracle, PL/SQL:
  • Programlaşdirma bilikləri: Full-stack development, ASP.NET, Java, C#, Oracle, PL/SQL:
  • Tələb olunan sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Xarici dil bilikləri: Texniki  olaraq rus və ingilis dilləri;
  • Komandada işləmə bacarığı;
  • Operativlik və Punktuallıq.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.
Əlaqə vasitələri:
E - mail :  career@rabitabank.com
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Əsas vəzifələr:

  •  Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı sualları cavablandırır, bankın məhsul və  xidmətləri haqqında ətraflı, dolğun məlumat verir;
  •  Qanunvericiliyə uyğun olaraq, xidmət etdiyi fiziki şəxslərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar  barədə müvafiq orqanlara arayışlar hazırlayır ;
  •  Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatların hazırlayır;
  •  Əmanət hesabı, kommunal ödəniş, SPK, mobil ödənişləri və digər əməliyyatların aparılmasını həyata keçirir;
  •  Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının qoymuş olduqları sərəcamların silinməsini yoxlayır;
  •  Keçirilən layihə, tədbir və aksiyaları filialda koordinasiya edir;
  •  Müvafiq strukturları tərəfindən tələb edilən sorğuların cavablandırılmasını təmin edir;
  •  Əməliyyatlar üzrə sənədləşmənin tamlığına məsuliyyət daşıyır;
  •  Kassanın açılıb, bağlanılmasında və açarın saxlanılmasında iştirak edir 
  •  Marketinq məhsullarının (poster, flayer və digər promo materialların) kifayət sayda olmasını təşkil edir;
  •  Filialdaxili arxiv işinin aparılmasını təmin edir;
  •  İşinin təkmilləşdirilməsinə dair rəhbərliyə təkliflər verir.

Namizədə olan tələblər:

  • Ali təhsil (iqtisadiolması arzuolunandır)
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, digər xarici dillər arzuolunandır;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, məxfilik və etibarlılıq kimi mütləq göstəricilərə malik olmalı;
  • Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
  • Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq;
  • Əməliyyatların icra edilməsində yüksək operativliyə sahib olmaq;
  • Müştərilərin bütün suallarının cavablandırılması üçün kifayət qədər nəzəri və praktiki biliklərə sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş əməliyyatçı) göstərməyiniz xahiş olunur. 






Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili