Müşahidə Şurası

Zakir Nuriyev Müşahidə Şurasının Sədri rb@rabitabank.com
(+994 12) 598 44 88, 101

Nuriyev Zakir Əlibala oğlu 02 oktyabr 1960-cı il Kürdəmir rayonunun Cəyli kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” fakultəsinə daxil olmuş və 1981-ci ildə “İqtisadçı” ixtisası üzrə tam kursu bitirmişdir.
Əmək fəaliyyətini 1981-ci ildən Azərbaycan Respublikası Rabitə Nazirliyində, “Nəzarət-Təftiş” İdarəsində aparıcı mühasib kimi başlamışdır.
1981-1983-cü illərdə Hərbi xidmətdə olmuşdur. Hərbi xidməti  başa vurduqdan sonra 1983-cü ilin iyul ayından etibarən 1989-cu ilin yanvar ayınadək, Azərbaycan Respublikası Rabitə Nazirliyinin “Nəzarət-Təftiş” İdarəsində mühasib-revizor, Baş təftişçi və Baş mühasibin müavini kimi fəaliyyət göstərmişdir. 1989-cu ildən AR Rabitə Nazirliyinin “Rayon Rabitəsi” İstehsalat Birliyinə “Nəzarət və mühasibat uçotu” şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
1993-1998-ci illərdə “Rabitəbank” SKB-nın İdarə Heyətinin Sədri vəzifəsində çalışmışdır və 1998-ci ildən hal-hazıradək “Rabitəbank” ASC-nin Müşahidə Şurasının Sədri vəzifəsində çalışır.
1996-cı ildə “Azərbaycan Banklar Assosiasiyası”nın Prezidenti vəzifəsinə seçilmiş və 2006-cı ilə qədər həmin vəzifədə çalışmışdır. 2006-cı ildən 2015-ci ilədək “Azərbaycan Banklar Assosiasiyası”nın Rəyasət Heyətinin üzvü olmuşdur. 2015-ci ildən yenidən “Azərbaycan Banklar Assosiasiyası”nın Prezidenti vəzifəsinə seçilmişdir.

Ailə vəziyyəti : Evlidir, 3 övladı var.

Kamal Mədətov Müşahidə Şurasının üzvü rb@rabitabank.com
(+994 12) 598 44 88 , 101

Mədətov Kamal İsmayıl oğlu, 18 mart 1961-ci ildə Sabirabad rayonunun Həşimxanlı kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra, 1978-ci ildə Leninqrad Dövlət Universitetinə daxil olmuş, 1984-cü ildə “Şərqşünas, filoloq” ixtisası üzrə kursu bitirmişdir.
1984-1987-ci illərdə Hərbi xidmətdə olmuşdur.
1988-1989-cu illərdə Azərbaycan Gənclər İttifaqınının “Bakı Məktəbəqədər pedoqoji məktəbi”nin katibi, 1989-1990-cı illərdə “Tələbələrlə iş” üzrə bölmənin təlimatçısı, 1990-1991-ci illərdə “Nəzarət komissiyası”nın Sədr müavini vəzifələrində çalışmışdır.
1991-1993-cü illərdə “NUR” firmasının Direktoru, 1993-1999-cu illərdə “Bakcell” BM-in Direktorlar Şurasının Sədri, 1999-2003-cü illərdə “Azleks” Beynəlxalq Hüquq Firmasının Prezitentinin müşaviri, 2003-2005-ci illərdə “Azərbaycan Biznes Konsaltinq”MMC-də Kreditor borclarının aradan götürülməsi üzrə məsləhətçi, 2005-ci ildə “AzLizinq” MMC-nin Hüquqşunası vəzifələrində çalışmışdır.
2005-ci ildən ha-hazıradək “Rabitəbank”ASC-nin Müşahidə Şurasının üzvüdür.



Ailə vəziyyəti : Evlidir, 3 övladı var.

Aslan Xasıyev Müşahidə Şurasının üzvü rb@rabitabank.com
(+994 12) 598 44 88, 101



Idarə Heyəti

Elçin Qədimov İdarə Heyətinin Sədri rb@rabitabank.com
(+994 12) 598-44-88, 101


Elçin Qədimov  Rabitabankın komandasına 2006-ci ildə qoşulub . Bundan əvvəl Atabank-da İdarə Heyətinin Sədr Müavini vəzifəsində, eləcə də, Azərbaycan Beynəlxalq Bankı və Əmanət Bankında müxtəlif vəzifələrdə çalışıb . Elçin Qədimov Azərbaycan İqtisad Universitetinin Mühasibat Uçotu və Audit  fakultəsini bakalavr və magistr dərəcəsi ilə bitirib. ABŞ-ın Cənubi Alabama Universitetində MBA dərəcəsini alıb.

Aydın Hüseynov İdarə Heyəti Sədrinin müavini rb@rabitabank.com
(+994 12) 598-44-88, 101

Hüseynov Aydın Hüseyn oğlu  21 May 1979-cu ildə Ağsu rayonunda anadan olmuşdur.

1996-2000-ci illərdə Türkiyə Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

Əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank QSC-də Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlamışdır. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində  Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə TuranBank ASC-də Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin Mart ayına qədər Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır.

2014-cü ilin Mart ayından 2016-cı ilin Yanvar ayına qədər RabitəBank ASC-də Risklərin İdarə Edilməsi Bloku üzrə Baş Direktor vəzifəsində çalışıb.

22 Yanvar 2016-cı il tarixindən etibarən isə İdarə Heyətinin Sədrinin Müavini vəzifəsini icra etməyə başlamışdır.




Baş Direktorlar

Seyran Nuriyev rb@rabitabank.com
(+994 12) 598-44-88, 101

Nuriyev Seyran Əlibala oğlu 01 yanvar 1963-cü ildə Kürdəmir rayonunun Cəyli kəndində anadan olmuşdur.

1991-ci ildə Bakı Rabitə Kollecinin “İqtisadiyyat və rabitə sahəsində Planlaşdırma”  fakultəsinə daxil olmuş və 1994-cü ildə “İqtisadçı-texnik” ixtisası üzrə kursu bitirmişdir. 2002-ci ildə Azərbaycan Beynəlxalq Universiteti “Maliyyə kredit” fakuləsinin “Ümumi iqtisadiyyat” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi almışdır.

1994-cü ildə “Rabitəbank” SKB-nin “Beynəlxalq Əməliyyatlar” söbəsinə, iqtisadçı vəzifəsinə təyin edilmişdir. 1997-ci ildə “Müxbir əlaqələr” şöbəsində şöbə rəisi vəzifəsində çalışmışdır.

2003-cü ildə Bank strukturunun dəyişdirilməsi ilə əlaqədar olaraq,  “Rabitəbank” ASC-nin “Müştəri Xidməti” Departamentinin “Fiziki şəxslərə xidmət” şöbəsinin müdiri vəzifəsində, 2007-ci ildə “Plastik kartlarla iş” şöbəsinin rəisi, 2008-ci ildə “Hesablaşmalar” Departamentinin direktoru vəzifələrində çalışmışdır.

Hal-hazırda “Rabitəbank” ASC-nin Baş Direktoru vəzifəsini icra edir.

Ceyhun İbrahimov rb@rabitabank.com
(+994 12) 492-61-57,

Ceyhun İbrahimov Haqverdi oğlu 23 yanvar 1970-ci ildə Ermənistanın Qızıldaş kəndində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra 1987-ci ildə Azərbaycan Dövlət İqtisad  Universitetinin “İstehsalat iqtisadiyyatı və idarə edilməsi” fakultəsinə daxil olmuş və 1993-cü ildə “İiqtisadçı” ixtisası üzrə kursu başa vurmuşdur.

1988-1989-cu illərdə Hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə 1994-cü ildə “Azərbaycan” Səhmdar Kommersiya Əmanət Bankının Nəsimi rayon şöbəsində gənc mütəxəssis kimi mühasib vəzifəsi ilə başlamışdır.

1994-cü ildə “Rabitəbank” SKB-də “Bank əməliyyatları” şöbəsində iqtisadçı, eyni ildə şöbənin aparıcı mütəxəssisi, 1996-cı ildə “Ticarət və qeyri ticarət əməliyyatları” şöbəsinin rəisi, 2003-cü ildə “Valyuta” idarəsinin rəisi vəzifələrində çalışmışdır.

2003-cü ildə Bank strukturunun dəyişdirilməsi ilə əlaqədar “Müştəri Xidməti” Departamentinin “Korporativ müştərilərə xidmət” şöbəsinin müdiri vəzifəsinə, 2006-cı ildə isə Departamentin Direktoru vəzifəsinə keçirilmişdir.

Hal-hazırda “Rabitəbank” ASC-nin Baş Direktoru vəzifəsini icra edir. 

Ziya Nuriyev rb@rabitabank.com
(+994 12) 598-44-88, 101

Ziya Nuriyev Zakir oğlu 01 iyun 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndis iqtisadiyyatı və idarəetmə” fakultəsinə daxil olmuş və  2009-cu ildə “Menecment” ixtisasi üzrə tam kursu bitirmişdir. Eyni zamanda 2006-2009-cu illərdə Bristol Universitetində “ İqtisadiyyat və menecment” ixtisası üzrə bakalavr dərəcəsini almışdır.

Əmək fəaliyyətinə 2005-ci ildən  “Rabitəbank” SKB-də “Müştəri xidməti” departamentinin “Ticarət və qeyri ticarət əməliyyatları” şöbəsində Baş mütəxəssis kimi başlamışdır.

2008-ci ildə “Rabitəbank”da “Filialların idarə olunması” Departamentində Baş mütəxəssis, 2009-cu ildə “Əməliyyat və bazar risklərinin idarə olunması” şöbəsində Baş mütəxəssis,  2011-ci ildən həmin şöbənin rəisi vəzifələrində çalışmışdır. 2012-ci ildə isə İdarə Heyətinin müşaviri vəzifəsinə keçirilmişdir.

Hal-hazırda “Rabitəbank” ASC-nin Baş Direktoru vəzifəsini icra edir.

Binnət Novruzov rb@rabitabank.com
(+994 12) 598-44-88, 101



Audit Komitəsi

Yasin Əliyev Audit Komitəsinin sədri (+994 12) 598 44 88, 101

Əliyev Yasin İmran oğlu, 05 fevral 1950-ci ildə Ermanistanın yuxarı Körpülü kəndində anadan olmuşdur.
1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1979-cu ildə “Mühasibat uçotu” ixtisası üzrə kursu bitirmişdir.
2004-cü ildə “AzCom” şirkərində Baş direktorun müavini vəzifəsində çalışıb.
Hal-hazırda “Rabitəbank” ASC-nin Audit Komitəsinin Sədridir.

 

Ailə vəziyyəti : Evlidir, 3 övladı var.

Həsən Mustafayev Audit Komitəsinin üzvü (+994 12) 598 44 88, 101


Mustafayev Həsən kamil oğlu, 02 iyun 1962-ci ildə Qazax rayonu, Kəmərli kəndində anadan olmuşdur.
1979-cu ildə S.M.Kirov adına Qırmızı əmək bayrağı ordenli Azərbaycan Dövlər Universitetinə daxil olmuş, 1984-cü ildə “Riyaziyyat müəllimi” ixtisası üzrə kursu bitirmişdir.
1984-1987-ci illərdə Novoqolovka kənd orta məktəbində İxtisas üzrə müəllim, 1988-ci ildə AR Yüngül Sənaye Nazirliyinin Respublika Ərazi Hesablama Mərkəzində texnik, 1988-1989-cu illərdə mühəndis-proqramçı, 1989-cu ildə baş mühasib-proqramçı, 1989-1990-cı illərdə 1-ci dərəcli mühəndis-proqramçı, 1990-1992-ci illərdə TMN-nın Məlumat-hesablama Mərkəzində 1-ci dərəcəli mühəndis-proqramçı funksiyalarını icra etmişdir.
1992-1993-cü illərdə AR Rabitə Nazirliyi “Rayon Rabitəsi” İstehsalat Birliyində proqramçı, 1993-cü ildə 2-ci dərəcəli mühasib, 1993-2000-ci illərdə AR Rabitə Nazirliyində “Mühasibat uçotu” şöbəsinin baş mütəxəssisi, 2000-2002-ci illərdə “Bakı Teleqrafı” ASC-də baş mühasib, 2002-2007-ci illərdə “Maliyyə və uçot” şöbəsinin Rəisi, 2007-2009-cu illərdə  həmin şöbənin baş mühasibi, 2009-cu ildən isə İdarə Heyətinin Sədri vəzifələrində çalışmışdır.
Hal-hazırda “Rabitəbank” ASC-nin Audit Komitəsinin üzvüdür.

 

Ailə vəziyyəti : Evlidir, 2 övladı var.

Fərhad Cəfərov Audit Komitəsinin üzvü (+994 12) 598 44 88, 101

Cəfərov Fərhad Əliqulu oğlu 16 yanvar 1960-cı ildə Ermənistanın Okemberyan rayonunda anadan olmuşdur.
1983-cü ildə N.D.Psurçeva adına Novosibirsk Rabitə institutuna daxil olmuş və 1988-ci ildə “İqtisadçı-mühəndis” ixtisası üzrə kursu bitirmişdir. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuş, 2003-cü ildə “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə kursu başa vurmuşdur.
1979-1981-ci illərdə Hərbi xidmətdə olmuşdur.
1988-1989-cu illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyində aparıcı iqtisadçı vəzifəsində, 1989-1990-cı illərdə isə AR Rabitə Nazirliyinin “ Mühasibat Uçotu Nəzarəti” şöbəsinə Baş mütəxəssis vəzifəsində çalışmışdır.
1990-1992-ci illərdə Telefon İstehsalat Birliyində, 1992-1995-ci illərdə Bakı Şəhər Telefon İB-də Baş mühasib vəzifəsində çalışmışdır. 1995-2007-ci illərdə “AzEuroTel” BM-də Baş mühasib, 2007-2012-ci illərdə isə Maliyyə və İqtisadi məsələlər üzrə Baş Direktor müavini funksiyalarını icra etmişdir.
2012-ci ildən hal-hazıradək “Rabitəbank” ASC-nin Audit Komitəsinin üzvüdür.
Ailə vəziyyəti : Evlidir, 3 övladı var.






Departamentlər:








Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili