Dəyərlərimiz

Rabitəbankın missiyası

Əhaliyə və bizneslərə onlara uyğun məkan və şəraitdə sürətli və səmərəli bank xidmətlərini göstərmək.

Rabitəbankın strateji baxışı

Ölkənin ən böyük banklarından biri olmaqla bütün növ müştərilərə ənənəvi və müasir maliyyə xidmətlərini göstərən peşəkar komandaya malik olan dayanıqlı universal bank.

Dəyərlər

  • Məsuliyyət
  • Şəffaflıq
  • Komanda işi
  • Müştəriyönümlülük
  • Nəticəyönümlülük
  • Dayanıqlı inkişaf

 I Məsuliyyət

Hər birimiz öz vəzifə borcumuzun, qarşımıza qoyulan biznes hədəflərinin yerinə yetirilməsinə, həmçinin qanunvericiliyin tələblərinə riayət edilməsinə görə məsuliyyət daşıyırıq:

a)    Cəmiyyət qarşısında müştərilərin vəsaitlərinin qorunub saxlanması və ölkədə biznesin inkişafına yönəlmiş faliyyətimizdə ədalətli yanaşmaya görə;

b)    Dövlət orqanları qarşısında qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə görə;

c)     Hər bir müştəri qarşısında bank tərəfindən  üzərinə götürdüyü öhdəliklərin yüksək səviyyədə icra edilməsinə və xidmət keyfiyyətinə görə;

d)    Səhmdarlar qarşısında strateji hədəflərə nail olunmasına, kapitalın qorunması və gəlirliyinin artırılmasına görə;

e)     Komanda daxilində ümumi hədəflərə çatmaq uğrunda vəzifələrimizin öhdəsindən məsuliyyətlə gəlməyimizə görə.

 II Şəffaflıq

Biz qanunvericiliyin tələblərinə riayət etməklə və kommersiya maraqlarını qorumaq şərtilə bütün maraqlı tərəflərlə münasibətdə dürüst və şəffafıq:

a)    Bank sirrini təşkil etməyən məlumatları ictimaiyyətə açıqlayırıq;

b)    Müştəriləri və tərəfdaşlarımıza özümüz və xidmətlərimiz haqqında düzgün və dolğun məlumatlar veririk;

c)     Komandada (rəhbərlər və əməkdaşlarımızla) səmimiyik.

 III Komanda işi

Komanda işi, komanda ruhu – bank strategiyasının icrası, çeviklik və adaptasiyanın artırılması, həmçinin pozitiv iş mühitinin yaradılması üçün bizi birləşdirən dəyərdir:

a)    Komandamızın hər bir üzvü çalışdığı bölmədən asılı olmayaraq həmkarına ümumi məqsədlərimizə çatmaq üçün kömək etməyə çalışır;

b)    Biz daxili müştərilərimizə diqqətlə yanaşılmasını dəstəkləyirik;

c)     İş yoldaşları ilə münasibətləri, rəhbər-işçi münasibətlərini qarşılıqlı hörmət əsasında qururuq, bir-birimizin müsbət keyfiyyətlərini qiymətləndiririk və həmkarımızda çatışmazlıq olduqda ona dəstək oluruq;

d)    Biz etibar əsasında formalaşan pozitiv, eyni zamanda, özünə və həmkarlarına qarşı tələbkarlıq, konstruktiv tənqid və bu tənqidə qarşı dözümlülüyü ehtiva edən işgüzar iş mühitini dəstəkləyirik.

 IV Müştəriyönümlülük

Biz müştərilərimizə ən yüksək keyfiyyətli xidmət göstərməyə səy göstəririk:

a)    Xidmət keyfiyyətimizi daim artırmağa çalışırıq;

b)    Qanunvericilik və risklərin idarəedilməsi qaydalarına riayət etmək şərtilə çalışdığımız bölmədən asılı olmayaraq müştərilərimizi fəaliyyətimizin mərkəzində görürük, məhsul və xidmətimizi müştəri tələblərinə uyğunlaşdırırıq;

c)     İşçiləri məmnun etməklə müştəriləri məmnun etməyə çalışırıq;

d)    Müştərilərimizlə müntəzəm əlaqə yaradır, daxil olan mürəciətlərə diqqətlə yanaşırıq.

 V Nəticəyönümlülük

Fəaliyyətimizin əsas meyarı nəticədir:

a)    Hədəflərimizə çatırıq və bunu dəyərlərimizi qoruyaraq optimal yolla etməyə çalışırıq;

b)    Prosesə deyil, nəticəyə fokuslanırıq, əməkdaşlarımızda proses düşüncəsi deyil, nəticə düşüncəsini dəstəkləyirik;

c)     Hədəflərimizi komandamızla daim paylaşırıq, onlara catma yollarını təşviq edirik;

d)    Hədəflərə catmaq ücün vaxtımızı düzgün idarə edirik.

 VI Dayanıqlı inkişaf

a)    Qısamüddətli deyil, uzunmüddətli uğur üçün çalışırıq;

b)    Balanslaşdırılmış inkişafa üstünlük veririk;

c)     İnnovasiyaları öyrənir və işimizdə tətbiq edirik;

d)    Məsuliyyətli əməkdaşlarımızın səhvlərinə öyrənmə imkanı kimi baxaraq onlarda təşəbbüskarlığı dəstəkləyirik.

 

Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili