Biznes Kartlar

 MasterCard Business korporativ kartları həm Azərbaycanın ərazisində, həm də xaricdə istifadə oluna bilər.

Korporativ kartlarla sahib olan müəssisənin əməkdaşı, Azərbaycanda, həmçinin 200-dək ölkə ərazisində kartın digər üstünlüklərindən də istifadə edə bilər.
Bu kartlarla nə etmək olar:

  • dünyanın 900 000-dək bankomat və bankları vasitəsilə kartda olan vəsaitin nağd pul şəklində çıxarmaq;
  • Azərbaycanda və dünyanın 200-dək ölkəsində mağaza, otel, restoran, turizm və digər ticarət-xidmət məntəqələrində mal və göstərilən xidmətlər üçün nağdsız ödənişlər aparmaq (bu zaman kart sahibindən komissiya haqqı tutulmur);
  • nağdsız ödənişlərin aparmaq, nağd pulu digər valyutada (əsasən gəldiyiniz ölkədə tətbiq olunan valyuta) çıxarmaq;
  • kart vasitəsi ilə mobil telefon operatorlarının və kommunal xidmətlərin haqqını ödəmək.

Plastik kartların yüksək müdafiə dərəcəsi olduğundan onların istifadəsi nağd pul istifadəsindən daha etibarlıdır. Kartların vacib üstünlüklərindən biri də odur ki, xaricə gedərkən kartdakı vəsaiti bəyan etmək tələbi yoxdur və beləliklə də kartdakı pul vəsaiti sərhədi məhdudiyyətsiz keçir.

 

Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili