Akkreditivlər

 

Sənədli əməliyyatlar

Rabitəbank müştərilərinə geniş çeşiddə müasir bank xidmətləri və məhsulları təklif edir. Bankımızın təqdim etdiyi məhsullar qazandırmaqla yanaşı həm də son nəticədə müştərilərin işini asanlaşdırır, bir çox qayğılarını azaldır. Bankın təklif etdiyi sənədli əməliyyatların aşağıdakı növləri məhz belə xidmətlərdəndir:

  • Sənədli akkreditivlər
  • Sənədli inkasso
  • Bank zəmanətləri

Sənədli akkreditivlər

Akkreditiv müştərilər arasında hesablaşmaların ən təhlükəsiz formasıdır. Müəssisə və təşkilatlar, Alıcı və Satıcı arasında hər hansı alqı-satqı aparılarkən, xüsusən də ilk dəfə biznes əməliyyatı həyata keçirən tərəflər arasında qarşı tərəfin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməyəcəyi barədə narahatçılıq doğuran suallar ortaya çıxır. Belə bir məqamda akkreditiv əsasında əməliyyat aparmaq vəziyyətdən ən sadə və rahat çıxış yoludur.

Akkreditiv bir-birinə xidmət göstərən iki tərəfin arasında Bankın vasitəçi qismində iştirakını nəzərdə tutan bank xidmətidir. Akkreditiv Müştərinin (Alıcının) tapşırığı əsasında Satıcıya göstərdiyi xidmətin haqqını ödəyəcəyi barədə Bankın üzərinə götürdüyü şərti pul öhdəliyidir. Satıcı akkreditivdə göstərilən bütün öhdəliklərini yerinə yetirdiyi barədə (malın Alıcıya göndərildiyi və ya Alıcıya xidmətin göstərildiyi barədə) rəsmiləşdirilmiş sənədləri Banka təqdim etdikdən sonra Bank üzərinə götürdüyü öhdəliyi yerinə yetirir. Bank ödəmə səlahiyyətlərini digər banka ötürə də bilər.

Rabitəbankın təqdim etdiyi sənədli akkreditivlər hesablaşmaların, ilk növbədə də beynəlxalq hesablaşmaların ən təhlükəsiz və təminatlı formasıdır. Akkreditiv hesablaşmaları bankların nəzarəti altında aparılır və biznesin bütün tərəflərinin imzalanmış müqavilələrin şərtlərinə əməl edəcəklərinə tam təminat verir.

Akkreditivdən istifadənin Alıcı üçün üstünlükləri:

  • Yalnız Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirdikdən sonra malın ödənişinə dair zəmanət alır
  • Xidmətin akkreditivdə göstərilən şərtlərə və müddətə uyğun alacağına zəmanət alır
  • Alqı-satqı məsələsində Bankın daha böyük təcrübəsindən istifadə etmək, endirim əldə etmək imkanı qazanır
  • Ödəniş üçün möhlət qazanır

Akkreditivdən istifadənin Satıcı üçün üstünlükləri:

  • Alıcının ödəmə qabiliyyətindən asılı olmayaraq göstərdiyi mal/xidmətin ödənişinin alınmasına zəmanət alır (akkreditivin bütün şərtlərinə əməl olunması faktı üzrə)
  • Sövdələşmədə nəzərə tutulubsa, ödəməni malın alıcıya çatdırılmasından tez almaq imkanı qazanır
  • Akkreditivin çevik sxemi sayəsində mürəkkəb kommersiya müqavilələrini həyata keçirmək imkanı

Rabitəbank akkreditiv üzrə aşağıdakı xidmətləri göstərir:

  • Akkreditivlərin açılması, təsdiqi, avizo edilməsi və transferi, akkreditivlərlə hesablaşmalar üzrə digər əməliyyatların (şərtlərin dəyişdirilməsi, sənədlərin yoxlanılması, ödənişlərin həyata keçirilməsi) aparılması
  • Sənədli akkreditivlərlə iş zamanı konsultasiya xidmətlərinin göstərilməsı
  • Nüfuzlu müxbir banklar tərəfindən akkreditivlərin təsdiq edilməsi
  • Müştərilərin öz vəsaitləri hesabına idxal akkreditivlərin açılması

Sənədli akkreditiv üzrə tariflər cədvəli

1. Akkreditivin açılması 0.5% min 100 ABŞ dolları
2. Akkreditivin qabaqcadan avizolanması
0,1% min. 50 ABŞ dolları
3. Akkreditivin avizolanması   0,1% min 50 ABŞ dolları
4. Akkreditivin təsdiqi Razılıq əsasında, ayda 0,2%-dən az olmamaq şərtilə, min 100 ABŞ dolları
5. Ödəniş 0,3%  min   20 ABŞ dolları
          max 500 ABŞ dolları
6. Şərtlərinin dəyişdirilməsi (təsdiqləmə və məbləğin artırılmasından başqa) və ya ləğvi 50 ABŞ dolları
7. Akkreditivin məbləğinin artırılması (artırılan məbləğdən) 0,2% min 50 ABŞ dolları
8. Sənədlərin qəbulu və yoxlanılması 0,1%  min 50 ABŞ dolları
9. Daxili olan sənədlərdəki fərglərə görə komissiya 50 ABŞ dolları
10. Akkreditivin transferi 0,1% min 100 ABŞ dolları
11. Akkreditivin layihəsinin hazırlanmasını 30 ABŞ dolları

 

Sənədli inkasso

Sənədli inkasso - Satıcının öz Bankına Alıcıya təqdim edilən malın daşınması və digər sənədlərin müqabilində ondan ödənişin alınması və satıcının hesabına köçürülməsi ilə bağlı verdiyi tapşırıqdır. Satıcı malı təyin olunan yerdə boşaltdıqdan sonra sənədləri inkasso tapşırığı ilə birlikdə Banka təqdim edir. Bank sənədləri Alıcının bankı vasitəsilə inkasso tapşırığında göstərilmiş məbləğin ödənilməsi müqabilində Alıcıya təqdim edir.

Rabitəbankda sənədli inkasso əməliyyatları üzrə tarif cədvəli:

1. Sənədlərin inkassoya qəbul edilməsi 0,3%  min. 50 ABŞ dolları
2. Ödəməyə və ya akseptə qarşı Sənədlərin çatdırılması (həm idxal, həm də ixrac əməliyyatları üzrə)
0,3%  min 50 ABŞ dolları
3. Ödənişsiz Sənədlərin çatdırılması və ya ödənilməmiş sənədlərin geri qaytarılması 0,1%  min. 50 ABŞ dolları
4. Şərtlərin dəyişdirilməsi/inkasso tapşırığının ləğvi 50 ABŞ dolları

 

 

 

Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili