FİFD


 Kredit məhsulları  üzrə reklam və ya müştərilərin ümumi məlumatlandırılması məqsədləri üçün FİFD-in müəyyən edilməsi.

1)    Kredit kartları (xətləri) ilə bağlı kredit məhsulları üzrə FİFD-in hesablanmasında hansı fərziyyələr nəzərə alınmalıdır?

-    Kredit kartları (xətləri) üzrə hesablama aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir:

I.    kredit müqaviləsi borcalana kreditin istifadəsi üzrə sərbəst davranışa imkan yaratdıqda, kreditin tam məbləğdə müqavilənin            qüvvəyə mindiyi gün istifadə edilməsi nəzərə alınmalıdır;

II.    kredit müqaviləsində kreditin istifadəsi üzrə sərbəst davranış müəyyən edildikdə və bu əsasda fərqli faiz dərəcəsi və komissiya     tələbi tətbiq olunduqda, hesablama tətbiq oluna biləcək ən yüksək tələblər nəzərə alınmaqla həyata keçirilməlidir;
 
III.    kredit müqaviləsi üzrə borcalanın ödəniş qrafiki nəzərdə tutulmadıqda aşağıdakılar fərz olunmalıdır:

-kreditin müddətinin bir il olması;
-ödənişlərin aylıq əsasda və bərabər ödənişlərlə həyata keçirilməsi;

IV.    kredit müqaviləsi üzrə ödəniş qrafikinda yalnız müddət müəyyən edildikdə, ödənişlərin həcmi isə sərbəst olduqda (yəni, müqavilə üzrə müəyyən edilmədikdə), ən kiçik ödənişin (yalnız faiz ödənişlərinin) həyata keçiriləcəyi və əsas məbləğin müddəti sonunda ödəniləcəyi fərz olunmalıdır.
          
          
2)    Bank borcalanların reytinqindən, onun təqdim etdiyi sənədlərdən, təminat növündən, korporativ qrupa aid olmasından və digər xüsusiyyətlərindən asılı olaraq fərqli komissiyalar (nağdlaşdırma, sığorta və s. komisyon xərclər) tətbiq etdiyi təqdirdə ümumiləşdirici FİFD necə hesablanmalıdır?  

-       Bu zaman hesablama tətbiq oluna biləcək ən yüksək komissiya xərcləri nəzərə alınmaqla həyata keçirilir.

3)    Bank müqavilədə nəzərdə tutulmuş (dəqiq məbləği məlum olmayan) sığorta və digər xərcləri necə nəzərə almalıdır?

        -    Bank borcalanı sığorta, qiymətləndirmə və digər oxşar xidmətləri göstərən konkret təşkilata müraciət etməyi tələb etdikdə və bu xıdmət haqları əvvəlcədən banka məlum olduqda, həmin xərclərin məbləği FİFD-in hesablanmasında nəzərə alınmalıdır;
        -    Bank borcalandan girov qoyulmuş əmlakın sığortalanmasını istənilən sığorta təşkilatı tərəfindən həyata keçirilməsini tələb etdikdə və sığorta xərclərinin (və ya digər oxşar xidmətləri üzrə xərclərin) məbləği əvvəlcədən ona məlum olmadıqda, o həmin xərcləri FİFD-in hesablanmasında nəzərə almamalıdır. Eyni zamanda bank əlavə xərclərin olacağı barədə borcalana məlumat verməli və bu haqda kredit müqaviləsinə müvafiq maddəyə əlavə etməlidir.

 4)  Əgər bankın təqdim etdiyi kredit məhsulu məbləğ və müddət olaraq hər hansı bir intervalı əhatə edirsə (məs: kreditin məbləği 300 AZN-dən 5000 AZN-dək, müddət  isə  3 aydan 36 ayadək), bu zaman FİFD-dən istifadə edilməlidir?
          
-    Kredit məhsulu üzrə hesablanmış ən yüksək FİFD göstərilməlidir. Bununla yanaşı, kreditin müddət və məbləğindən asılı olaraq daha aşağı FİFD-in tətbiqinin mümkün olması göstərilə bilər.
-    İnternet səhifədə məhsul üzrə hesablanmış FİFD cədvəl formasında göstərilməlidir (nümunə).

                                                                                                                                                                           Nümunə 

Kredit şərtləri:           

Məbləğ 300-5000 AZN
Müddət 3-36 ay
Nominal faiz dərəcəsi 22%
Komissiya 12 aya qədər 5%, 12 aydan yuxarı 6%
Sığorta 10 AZN

 

FİFD

                        3 ay                36 ay
300 AZN                      77.1%                29.4%
5000 AZN                      55.4%                                              26.8%

5)  Reklam məqsədləri üçün FİFD-lə yanaşı nominal faiz dərəcələri də qeyd olunmalıdırmı?


- Xeyr, reklam vasitələrində nominal faiz dərəcələri FİFD-lə birlikdə göstərilməsi tələb edilmir. Lakin, kredit məhsulların saytda verilən təsvirində, FİFD-ə həsr olunmuş internet səhifəsinin alt-bölməsində və konkret kredit üzrə bağlanmış kredit müqaviləsində FİFD-lə yanaşı nominal faiz dərəcəsi qeyd olunmalıdır.

 

Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili