14 Mart 2008

Rabitəbank ABŞ-ın investisiya fondu ilə 5 mln dollarlıq kredit sazişi imzalayıb

Rabitəbank ASC və ABŞ-ın WorldBusiness Capital Inc (WBC) investisiya fondu arasında 5 milyon dollarlıq kredit xətti barədə müqavilə imzalanmışdır. ABŞ-ın Xarici Özəl Sərmayələr Korporasiyası (Oversees Private İnvestment Corporation – OPİC) tərəfindən dəstəklənən razılaşma çərçivəsində 10 il müddətinə cəlb olunan vəsaitlər Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə sərf olunacaq.

Rabitəbank orta və kiçik biznesin maliyyələşdirilməsində uzun müddətli təcrübəyə malikdir. Bankın hazırkı kredit portfelinin 40%-dən çox hissəsi orta və kiçik biznes kreditlərinə aiddir və bu cür kreditlərin maliyyələşdirilməsi məqsədilə bir necə maliyyə qurumlarından, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və İslam İnkişaf Korporasiyası (ICD) kredit xətləri cəlb olunmuşdur. 

 “Amerikanın maliyyə təşkilatı ilə bağlanılan ilk kredit müqaviləsi
Rabitəbank üçün mühüm əhəmiyyət kəsb edir. Yeni maliyyə vəsaitləri bankımızın mövcud və yeni müştərilərinin orta və kiçik biznes layihələrini maliyyələşdirmək imkanlarımızı daha da genişləndirəcək. OPİC-in dəstəklədiyi razılaşma ABŞ-ın məsləhətcı şirkəti tərəfindən təgdim olunan texniki yardım proqramı ilə müşayiət olunacaq. Biz gələcəkdə WBC ilə əməkdaşlığımızı daha da genişləndirəcək niyyətindəyik” - deyə Rabitəbank İdarə heyəti sədrinin müavini Elçin Qədimov yeni sazişi belə şərh etmişdir. 

Rabitəbank 1993-cü ildən fəaliyyət göstərən Azərbaycan bankıdır. 29 fevral 2008-ci il tarixinə bankın aktivləri 100 milyon dollar, məcmu kapitalı 16 milyon dollar təşkil etmişdir. Bu günə 6 filial Bakıda, 9 filial regionlarda olmaqla ümumilikdə Rabitəbank-ın 15 filialı fəaliyyət göstərir.

WorldBusiness Capital Inc (WBC) - bütün dünya üzrə kecid igtisadiyyatlarında layihələri maliyyələşdirən maliyyə şirkətidir. 2003-cü ildə WBC xaricdə kiçik və orta biznesin maliyyələşdirməsini dəstəkləmək məqsədilə OPİC-lə imzaladığı saziş imzalamışdır.

Xarici Özəl Sərmayələr Korporasiyası (OPIC) - ABŞ hökuməti yanında 1971-ci ildə təsis edilən dövlət agentliyidir. OPİC ABŞ-ın xarici dövlətlərdə sərmayə yatırımlarına yardım edir, yeni və inkişaf edən bazarlarda iqtisadi inkişafa və birbaşa xarici sərmayələrlə bağlı risklərin idarə olunmasında özəl sektora kömək edir, habelə ABŞ hökumətinin xarici siyasətini dəstəkləyir. OPİC tərəfindən maliyyləşdirilmə və siyasi riskin sığortalanması müxtəlif ölçülü ABŞ şirkətlərinin 150-dən çox inkişaf edən bazarlara və dövlətlərə sərmayə yatırımlarına şərait yaradıb. 36 illik fəaliyyəti dövründə OPİC 164 milyard dollarlıq sərmayə ayırmaqla inkişaf edən dövlətlərdə 732 min iş yeri və 13 milyard dollarlıq gəlir yaranmasına təkan verib. OPİC layihələri nəticəsində həmcinin 69 milyard dollar həcmində ABŞ ixracatı və ABŞ-da 264 min iş yeri yaranmaşdır.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili