16 Fev. 2009

Rabitəbank Yeni əmanət kampaniyasını elan etmişdir!

Əmanətçilərin öz vəsaitlərini yerləşdirmək üçün geniş seçim imkanları var. Əmanət yerləşdiriləcək bank seçilərkən nəzərə alınanan xüsusiyyətlər əsasən əmanət şərtləri və həmçinin əmanət üzrə bank tərəfindən təklif olunan faiz dərəcəsidir. Bu həftədən etibarən artıq hansı bankda daha yüksək faiz dərəcəsi olmasını öyrənmək və ya bankın əmanətlər üzrə faiz dərəcəsini artırmasını gözləmək lazım deyil çünki indi əmanət faizlərini əmanətçilər özləri hədsiz artıra bilərlər.

Rabitəbank tərəfindən təklif olunan yeni Dost əmanəti əmanət faizlərini hədsiz artırmaq imkanı verir. Rabitəbankda yerləşdirilən əmanət məbləğini artırmaqla və ya banka öz dost və tanışlarına məsləhət görməklə, hər bir əmanətçi Dost əmanəti üzrə faiz dərəcəsini artıra bilər. Dost əmanəti üzrə faiz artımı əlavə cəlb olunan və ya əmanətçinin özü tərəfindən artırılan məbləğdən aslıdır.

Dost əmanətin şərtləri çox sadə və sərfəlidir. Misal ücün, əmanətçi Dost əmanətində 1000 AZN məbləğində 14% dərəcəsi ilə vəsait yerləşdirir. Əgər onun dostlarından kimsə və ya özü Rabitəbankda 5000 AZN əlavə vəsait yerləşdirərsə, əmanət cəlb edən (1000 AZN olan) əmanətçinin faiz dərəcəsi 5% artır (5000 AZN bölünür 1000 AZN) və illik 19% (14%+5%) olur.

Əgər əmanətçi tərəfindən cəlb olunan məbləğ 50 000 manat olarsa, cəlb edən əmanətçinin faizi 50% artır (50 000 manat bölünür 1000 manat) və faiz dərəcəsi illik 64% catır.

Əgər əmanətçi tərəfindən cəlb olunan məbləğ 500 000 manat olarsa, cəlb edən əmanətçinin faizi 500% artır (500 000 manat bölünür 1000 manat) və faiz dərəcəsi illik 514% catır.

Əmanətçi istənilən sayda əmanətçiləri, istənilən məbləğləri cəlb edə bilər. Bu zaman cəlb edən əmanətçinin faiz dərəcəsi cəlb olunan məbləğlərdən asılı olaraq hədsiz artır. Bankın müştərisi olan hər hansı əmanətçinin dəvəti ilə banka gələn müştəri öz vəsaitini istənilən əmanət növündə və istənilən valyutada yerləşdirə bilər. Bu zaman banka gələn müştəri sadəcə ona xidmət edən müştəri xidməti əməkdaşına bankı ona məsləhət görən əmanətçinin adını deməli və müvafiq sənədi imzalamalıdır.

Dost əmanəti üzrə minimal məbləğ 200 AZN və ya USD təşkil edir. Əmanəti 1 il və ya 2 il müddətinə yerləşdirmək olar. Faizlərin hər kvartal ödənilir. İlkin faiz dərəcəsi 14% , maksimal faiz isə hədsizdir!

Dost əmanətini bankın baş ofisində və ya 19 filialından birində aça bilərsiniz. Əmanət barəsində əlavə məlumatı 133 nömrəli zəng vurmaqla və ya bankın rəsmi internet səhifəsində www.rabitabank.com ala bilərsiniz.

Hal-hazırda Rabitəbankın 19 filial və şöbəsi vardır. Bunlardan 6-sı Bakı şəhərində 13-ü isə Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Şəki, Kürdəmir, Naxçıvan, Quba, Qusar, Xaçmaz, Şəmkir, Şirvan və Ağcabədi rayonlarındadır.

Rabitəbank 1993-cü ildən fəaliyyət göstərir və 31 Dekabr 2008-ci il tarixinə bankın aktivləri 94 mln manat, kapitalı isə 15 mln manat təşkil edir. Bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili