16 Fev. 2009

Əmanət üzrə faizlərin limitsiz dərəcəsini necə almaq olar..

z Minimum risk ilə maksimum gəlir almaq arzusu hər bir investorun məqsədidir.  Vəsaitlərini yerləşdirmək üşün banklar arasında  böyük seçimi olan əmanətçilər vəsaitlərini yaxşı şəraiti və yüksək faiz dərəcəsi olan bankda  yerləşdirilməsinin  marağındadırlar. Amma bu həftədən etibarən hansı bankda yüksək faiz olduğunu axtarmaq  və yaxud hansı bankın faizləri qaldıracağını gözləmək lazım deyil, indi faizləri əmanətçilərin özləri qaldıra biləcək və ən əsası maksimal faiz dərəcəsini məhdudlaşdırmadan.


Rabitəbankın yeni dost əmanəti vəsaitin faiz dərəcəsini hədsiz olaraq daim artırmağa imkan verir. Öz əmanətinizi artırmaqla və yaxud öz dostlarınızı və tanışlarınızı Rabitəbankda əmanət yerləşdirməyə cəlb etməklə faiz dərəcənizi istənilən faizədək artıra bilərsiniz. Əmanətin faizi müştəri tərəfindən cəlb olunmuş və ya özü tərəfindən yerləşdirilmiş əmanətin məbləğindən asılı olaraq artacaq.

Depozitin şərtləri sadə və çox faydalıdır. Məsəl üçün əmanətçi Dost əmanətinə 9% faiz dərəcəsi ilə 1000 manat vəsait yerləşdirib. Əgər əmanətçinin məsləhəti ilə hər hansı bir dostu və ya tanışı 5 000 manat məbləğində əmanət yerləşdirərsə, o zaman cəlb etmiş əmanətçinin illik əmanət faizi  5% artır (5 000 manat bölünür 1000 manata) və 14% olur (9%+5%)!
 
Müştəri tərəfindən cəlb olunmuş məbləğ 50 000 manat olarsa əmanətin faizi 50% artır (50 000 manat bölünür 1000 manata) və illik 59% təşkil edir!
 
Cəlb olunmuş məbləğ 500 000 olarsa əmanətin faizi 500% artır (500 000 manat bölünür 1000 manata) və illik 509% təşkil edir.


Müştəri istənilən sayda əmanətçi cəlb edə bilər və cəlb etdiyi əmanətlərin sayı artdıqca öz əmanəti üzrə faiz dərəcəsi də artır. Köhnə müştərinin tövsiyyəsi ilə banka gəlmiş yeni müştəri öz vəsaitini istənilən valyutada, istənilən müddətə və  istənilən deposit növünə yerləşdirə bilər. Banka gələrkən o sadəcə Sizin adınızı ona xidmət edən müştəri xidməti əməkdaşına  deməlidir və müvafiq sənədi imzalamalıdır.

Dost əmanətinin minimal məbləği 200 AZN/USD təşkil edir. Əmanət 1 il və ya 2 il müddətinə açıla bilər. Faizlərin ödənişi rüblük həyata keçirilir. İlkin illik faiz dərəcəsi 9%, maksimal faiz dərəcəsi- hədsiz!


Dost əmanətini Baş ofisdə və ya bankın istənilən 19 filial və şöbələrində aça bilərsiniz. Əmanət haqqında əlavə məlumatı 133 info həttə zəng edib və ya www.rabitabank.com bankın saytında öyrənə bilərsiniz.

 
Bu günə Rabitəbankın 19 filial və şöbəsi fəaliyyət göstərir, onlardan 6-sı Bakıda, 13-ü isə Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Şəki, Kürdəmir, Naxçıvan, Quba, Qusar, Xaçmaz, Şəmkir, Şirvan və Ağcəbədi kimi böyük regionları əhatə edir.

Rabitəbank 1993-cü ildən fəaliyyət göstərir və 31 dekabr 2008-ci ilə bankın aktivləri 94 mln., kapitalı isə 15 mln. manat təşkil edir. Rabitəbank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

 


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili