01 Okt. 2009

Rabitəbankdan yenilik, pul yığmaq üçün ideal vasitə – Kartmane!

Əhalinin müxtəlif təbəqələri üçün daim yeni və sərfəli məhsul və xidmətlər təqdim edən Rabitəbank, pullarını əlavə faizlər əldə edərək, daha sərfəli şərtlərlə yığmaq istəyənlər üçün yeni- Kartmane depozitini təqdim edir.
Depozit şərtləri ilə, kart rahatlığı və imkanları özündə birləşdirən bu yeni bank məhsulundan istifadə etməklə yüksək faizlə gündəlik gəlir gətirən və daim müştərinin yanında olan depozitdir və pul yığmaq üçün ideal vasitədir. Kartmane depozitinin digər depozitlərdən fərgləndirən əsas cəhəti ondan ibarətdir ki, bütün depozit məbləği kart üzərində yerləşir və müştərinin pula ehtiyacı yaranarsa, istənilən vaxt topladığı pulu Kartmane kartından heç bir komisyon haqqı tutulmadan hesablanmış faizlərlə birlikdə çıxara bilər və ya digər kartlarda olduğu kimi dünyanın istənilən ölkəsində ödənişlər zamanı istifadə edə bilər.
Hər bir müştəri Kartmane plastik kartı ilə  hesab qalığını istədiyi vaxt və istədiyi məbləğə artıra və ya azalda bilər. Üstəlik Kartdan karta xidmətindən (Card-to-Card) istifadə etməklə bunu 7 gün 24 saat ərzində banka gəlmədən Rabitəbankın və ya digər bankların bankomatlarından, eləcədə bankın İnternet Bankçılıq xidmətinə qoşulmaqla İnternet vasitəsilə həyata keçirə bilər. Kartmane depozitinə hesablanmış faizlər hər gün əsas məbləğin üzərinə əlavə olunur və faizlərə də faiz hesablanır. Müştəri plastik kartı bankomata daxil etməklə və ya Rabitəbankın İnternet Bankinq  xidmətindən istifadə etməklə aylıq, həftəlik, hətta gündəlik çıxarışlar əldə edərək hesablanan faizlərə nəzarət edə bilər.
Kartmane depoziti vasitəsilə pul yığmağa başlamaq istəyən müştərilər Rabitəbankın istənilən filial və ya şöbələrinə müraciət edə bilərlər. Kartmane depozit hesabı acan hər bir müştəriyə Kartmane Visa Electron və ya Kartmane MasterCard Maestro kartını tamamilə pulsuz verilir.
Rabitəbankın rəsmi internet səhifəsində (www.rabitabank.com), eləcə də (012) 133 nömrəsinə zəng vurmaqla Kartmane depoziti barədə daha geniş məlumat almaq mümkündür.
Rabitəbank 1993-cü ildən fəaliyyət göstərir. Hal hazırda ölkəfə bankın 21 xidmət bölməsi fəaliyyət göstərir. Xidmət bölmələrin 6-si Bakı şəhərinin müxtəlif rayonlarını, 15-ü isə respublikanın iri regionlarını əhatə edir. Hazırda Rabitəbank Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Şəki, Kürdəmir, Naxçıvan, Quba, Qusar, Xaçmaz, Xudat, Şəmkir, Şirvan və Ağcabədi şəhərlərində təmsil olunub. 01 oktyabr 2009-ci il tarixə bankın aktivlərinin həcmi 87 mln manat, kapitalı 15 mln manat təşkil edir. Bankın xarici tərəfdaşları arasında Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), İslam İnkişaf Bankı  (İCD) kimi nüfuzlu maliyyə institutları var. Rabitəbank əmanətlərin Sığortalanması Fondunun üzvüdür.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili