22 Dek. 2010

Rabitəbankda Korporativ İdarəetmə standartları təkmilləşdiriləcək.

21 dekabr, 2010-cu il tarixində Rabitəbank və Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi sahəsində məsləhət xidmətləri göstərilməsinə dair razılaşma imzalanmışdır. Razılaşmaya əsasən BMK-nın məsləhətçiləri Rabitəbankda korporativ idarəetmə sahəsində cari vəziyyəti təhlil edib, onun beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasına yardımçı olacaqlar.
 “Bu razılaşmanın məhs beynəlxalq maliyyə institutlarının bankın səhmdarları sırasına qoşulması zamanı imzalanması onun aktuallığını ikiqat artırır. Biz ümid edirik ki, bu əməkdaşlıq bankda mövcud olan korporativ idarəetmə standartlarını növbəti mərhələyə yüksəldəcək”- Rabitəbankın İdarə Heyəti Sədrinin müavini Elçin Qədimov müsahibəsində qeyd etmişdir.
Layihənin 2011-ci ilin yanvar ayında başlanması və ilin birinci yarısı ərzində davam etməsi gözlənilir. BMK-nın məsləhətçiləri bankın səhmdarları, müşahidə şurası və, rəhbərliyi üçün korporativ idarəetmə sahəsində, məsləhətlərin təqdim edilməsi eyni zamanda korporativ sənədlərə yenidən baxılması, informasiya təhsükəzliyi məsələlərinin təkmilləşdirilməsi sahəsində birgə işlər aparacaq.
BMK-nın Korporativ İdarəetmə layihəsinin rəhbəri Caroline Bright müsahibəsində demişdir: “Etibarlı korporativ idarəetmənin olması uğurlu bankın qurulması, düzgün qərar qəbuletmə prosesi və investisiyaların cəlb olunması üçün əsasdır. Biz inanırıq ki, Rabitəbankın timsalında korporativ idarəetmə standartlarını inkişaf etdirməyə yönümlü bir təşkilat tapmışıq və bizim birgə əməkdaşlığımız bankın uğurlu inkişafını davam etdirəcək”.
BMK 2005-ci ildən bu günədək Korporativ İdarəetmə Layihəsi çərçivəsində Azərbaycanın bir sıra banklarında idarəetmənin təkmilləşdirilməsi və yeni investisiyaların cəlb olunması imkanlarının inkişafı üçün calışır.
Rabitəbank uzun illərdir ki, BMK ilə əməkdaşlıq edir. Rabitəbank 1997-ci ildə BMK-dan kredit xətti almış ilk banklardan biridir. Son illər ərzində bankın BMK ilə əməkdaşlığı bir neçə kredit xətləri və məsləhət xidmətləri sahəsində genişlənmişdir. 30 sentyabr, 2010-cu il tarixində BMK və Rabitəbank bankın 12.5% və bir səhm paketinin alınması barəsində müqavilə imzalamışdırlar.
Rabitəbank Azərbaycan bank bazarında 1993-cü ildən fəaliyyət göstərir. 30 sentyabr, 2010-cu il tarixinə bankın aktivləri 145 mln ABŞ dolları, kapitalı 20 mln ABŞ dolları olmuşdur. Rabitəbank fiziki və hüquqi şəxslərə 6-sı Bakı şəhərində yerləşməklə 14 regionda 20 filial şəbəkəsi ilə bütün növ maliyyə xidmətlərini təqdim edir.
BMK, Dünya Bankı qrupunun üzvü olaraq, inkişaf etməkdə olan ölkələrdə özəl biznes mühitinin inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən, dünyanın ən böyük beynəlxalq inkişaf institutlarından biridir. BMK biznes sahiblərinə maliyyə vəsaitləri və eyni zamanda onların davamlı inkişafını təmin etmək üçün məsləhət xidmətləri göstərməklə həmin şirkət və təşkilarlar tərəfindən daha çox insanların işlə təmin olunması və onların həyat səviyyəsinin artırılması üçün çalışır. Qlobal iqtisadi qeyri-müəyyənlik davam edən 2010-cu il ərzində BMK tərəfindən maliyyələşmə 18 milyard ABŞ dollarına qədər artırılmışdır.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili