15 Dek. 2011

İREX və Rabitəbank Lənkəran şəhərində karyera seciminə həsr olunmuş seminar kecirdilər

15.12.2011-ci il tarixində Rabitəbank ASC, İREX (Beynəlxalq Araşdırmalar və Mübadilə Mərkəzi) təşkilatı ilə birgə Lənkəran şəhərində “Müasir iş bazarında düzgün karyer seçimi” mövzusunda seminar keçirilmişdir. Seminarın başlıca məqsədini Azərbaycanın reqionlarında fəal gənclərin perspektivli inkişafını təmin etmək, onlara iş yerlərinin düzgün seçilməsində və karyerlərinin qurulması istiqamətində səmərəli tövsiyyələrin edilməsi təşkil edirdi.

Təlimin auditoriyası Lənkəranda yaşayan və ya təhsil alan gənclər idi. Təlim ərzində gənclərə Azərbaycanda müasir iş bazarındakı vəziyyət, karyera qurulması baxımından iqtisadiyyatın perspektivli sahələri, potensial namizədlərin üstünlükləri, CV tərtib etmə üsulları, müsahibəyə hazırlıq, müsahibə prosesi və iş axtarışı və professional inkişaf ücün ümumi tövsiyyələr barədə ətraflı məlumat verildi.

Təlimin sonunda təlim iştirakçıları Rabitəbank ASC-in Lənkəran filiallarında olan vakansiyalar ücün nəzərdən kecirilmək ücün testlərdən kecirilib müsahibə olundular.

Bu cür təlimlərin Azərbaycan gənclərinə olan töhfəsini əsas tutaraq Rabitəbank ASC və İREX eyni tədbirlərin yaxın zamanlarda Azərbaycanın bir sıra reqionlarında keçirilməsini planlaşdırır.

Rabitəbank Azərbaycan Bank bazarında 1993-cü ildən fəaliyyət göstərir. Bank Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və bir sıra digər beynəlxalq maliyyə qurumları ilə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir. 2011-cu ilin üçüncü rübünün sonuna Rabitəbankın aktivləri 126 mln manat, kapitalı 17 mln manat təşkil etmişdir. Bankın filial şəbəkəsi 6-sı Bakıda, 14-ü regionlarda olmaqla 20 filial və şöbədən ibarətdir.

İREX təhsilin keyfiyyətini təkmilləşdirilməsi, müstəqil medianın gücləndirilməsi üçün  liderlik və innovativ proqramları həyata keçirən  beynəlxalq qeyri-mənfəət təşkilatıdır. 1998-ci ildən başlayaraq ölkənin müxtəlif regionlarında fəaliyyət göstərməklə İREX mülki cəmiyyət, ali təhsil və medianın inkişafı istiqamətində USAİD və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət işləri üzrə Büronun maliyyələşdirdiyi proqlamları həyata keçirir.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili