30 Sent. 2011

Rabitəbankda pul köçürən və ya alan müştərilər dəyərli hədiyyələr qazanıb

30 Sentyabr 2011-ci il tarixində Rabitəbank ASC-nin Beynəlxalq sürətli pul köçürmə sistemləri vasitəsilə pul köçürən və alan müştərilər arasında uduşlu lotereya kampaniyasının 1-ci tirajı keçirilmişdir. Tiraj 2011-ci ilin 3-cü rübündə bankın beynəlxaq sürətli pul köcürmələrindən istifadə edən bütün müştəriləri arasında kecirilmişdir. Tirajda 24 ədəd qiymətli hədiyyə oynanılmış, onlar arasında mobil telefonlar, laptop tipli kompyuter, LCD televizoru və sair kimi hədiyyələr müştərilərə təqdim olunmuşdur. Qalib gələn müştərilər Bakı şəhəri, Kürdəmir, Lənkəran, Xaçmaz, Gəncə, Ağcabədi, Şəki, Qusar, Şamaxı, Şirvan, Şəmkir, Sumqayıt, Naxçıvan, Quba kimi regionları təmsil edirdilər.
Rabitəbank-ın keçirdiyi lotereyanın ən böyük üstünlüyü ondan ibarətdir ki, Bankın beynəlxalq pul köçürmə sistemləri vasitəsilə pul köçürən və ya alan bütün müştərilər məbləğdən aslı olmayaraq iştirak edirlər.
Lotereyanın növbəti tirajı yeni il ərəfəsində 30 Dekabr 2011-ci il tarixində keciriləcək. Növbəti tirajda 2011-ci ilin 4-cü rübündə Rabitəbankda təklif olunan Western Union, Bıstraya Poçta, Migom, Blizko, Contact, Caspian Money Transfer, Zolotaya Korona sistemlərin birindən pul köçürən və ya alan müştərilər iştirak edib dəyərli hədiyyələr qazana bilərlər.
Rabitəbank Azərbaycan Bank bazarında 1993-cü ildən fəaliyyət göstərir. Bank Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və bir sıra digər beynəlxalq maliyyə qurumları ilə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir. 2011-cu ilin üçüncü rübünün sonuna Rabitəbankın aktivləri 126 mln manat, kapitalı 17 mln manat təşkil etmişdir. Bankın filial şəbəkəsi 6-sı Bakıda, 14-ü regionlarda olmaqla 20 filial və şöbədən ibarətdir.
Lotereya və bankın bütün digər məlumatları barəsində daha geniş məlumat Bankın İnfo Xətt mərkəzinə 133 nömrəli telefona zəng etməklə əldə etmək mümkündür.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili