14 Dek. 2012

Rabitəbank ASC həftənin şənbə günlərində də kredit verilməsinə başladı.

“Rabitəbank” ASC həftənin şənbə günlərində də fasiləsiz kredit əməliyyatlarının həyata keçirilməsinə başladı. Müştərilər həftə ərzində şənbə günü də daxil olmaqla, bankın bütün filiallarına kredit əldə etmək üçün yaxınlaşa bilərlər. Bankın filialları həftə içi saat 09:00-18:00, şənbə günləri isə saat 10:00-14:00-a kimi fəaliyyət göstərir.

Hazırda bank ölkənin 14 regionunda 21 filial və şöbələri ilə təmsil olunur. “Rabitəbank” ASC kredit məhsulları ilə yanaşı əmanət, təcili pul köçürmələri, komunal xidmət üzrə ödənişlər, hesablaşma hesabları və digər xidmətlər üzrə əlverişli şərtlərlə xidmət göstərir.

Bankın mövcud olan kredit və digər məhsulları barədə daha geniş məlumatı “Rabitəbank”ın rəsmi internet səhifəsindən (www.rabitabank.com), eləcə də (012) 133 nömrəsinə zəng vurmaqla almaq mümkündür.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili