05 Mart 2013

Rabitəbank yeni kampaniyaya start verdi: Bütün qadınlara 5 faiz hədiyyə

Rabitəbank 8 Mart Qadınlar Bayramı münasibəti ilə yeni kampaniyaya start verdi. Kampaniyanın şərtlərinə əsasən, Bankın bütün kreditləri kampaniya müddətində qadınlar üçün 5% bayram endirim ilə verilir. Kampaniya martın 1-dən 15-dək davam edir.
 Güzəştli kreditlər kampaniyası bütün qadınlara, o cümlədən  müəssisə və təşkilatlarda calışan və biznes sahibi olan qadınlara aiddir. Qadınlar kampaniya müddətində Rabitəbank-ın istənilən kreditini, o cümlədən avtomobil, nağd pul kreditləri, lombard və digər əhali ücün nəzərdə tutulmuş kreditləri, həmçinin bütün növ biznes kreditləri ni illik faiz dərəcəsindən 5% güzəşt edilməklə ala bilər.
Kampaniya çərçivəsində kredit götürmək istəyən xanımlar Bankın istənilən filialına müraciət edə bilər. Hazırda  Rabitəbank-ın Bakıda 6 filialı, Sumqayıt, Gəncə, Şirvan, Şamaxı, Şəmkir, Şəki, Quba, Qusar, Xaçmaz, Ağcəbədi, Kürdəmir, Lənkəran, Naxçıvan da daxil olmaqla ölkənin bir çox regionlarında filial və şöbələri fəaliyyət göstərir.  Bakı və regional filialların əlaqə nömrələri və ünvanları haqqında məlumatı Bankın www.rabitabank.com saytından əldə etmək olar.
Rabitəbank-ın əhaliyə və iş adamlarına təklif etdiyi kreditlərin faiz dərəcələri ölkənin bank bazarında sərfəli şərtləri ilə fərqlənir. Bu baxımdan daha 5% endirim edilməsi Bankın kreditlərini müqayisəolunmaz dərəcədə sərfəli edir. 
Rabitəbank bu il 20 illiyini qeyd edir. Yubileyi ilə əlaqədar Bank 2013-cü il ərzində bir sıra irimiqyaslı kampaniyalar keçirməyi planlaşdırır ki, bunlardan biri də artıq start götürmüş .


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili