15 Mart 2013

Rabitəbank ASC-nin KİV-də yayılmış məlumatla bağlı açıqlaması

Bildiririk ki, 12 mart 2013-cü il tarixdə bəzi kütləvi informasiya vasitələrində “Rabitəbank ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir”  başlığlı və buna oxşar məlumat yayılmış, bankın güya dövlətin və vətəndaşların mənafelərinə mühüm zərər vurulması göstərilmişdir.
Bununla əlaqədar bildiririk ki, qeyd olunan şəxs  həqiqətən də 2007-ci ilin fevral ayında mənzil almaq məqsədilə müraciət etmiş və ona 42 500 manat məbləğdə ipoteka krediti verilmişdir. Müştərinin təklifi ilə həmin kreditin təminatı kimi atası Quliyev Sabir Nuru oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, 29 nömrəli mənzil bankın xeyrinə ipoteka kağızı ilə yüklü edilərək dövlət qeydiyyatına alınmışdır. Hazırda bu kredit üzrə borcalan tərəfindən ödənişlər tam və vaxtında həyata keçirilir.
15 iyul 2009-cu ildə müştəri mənzili təmir etmək məqsədilə təkrarən kredit almaq üçün banka müraciət etmiş və ona 45 000 manat məbləğdə kredit verilmişdir. Müştəri tərəfindən 15 iyul 2009-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü 45 000 manat məbləğindən əsas kredit və faiz borcundan 33 884 manat məbləğini ödəməsinə baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərini qalan hissəsdə tam və vaxtında icra etmədiyinə görə borcun məhkəmə qaydasında tutulması üçün müraciət olunmuşdur. Xətai rayon məhkəməsinin 30 dekabr 2011-ci il tarixli qətnaməsi ilə müştəridən “Rabitəbank” ASC-nin xeyrinə 25 162 manat məbləğin tutulması qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Borcludan 25 162 manat məbləğində borcun tutulması istiqamətində icra icraatı üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür.
Hazırda “Rabitəbank” ASC beynəlxalq təcrübəyə malik menecerlər komandası tərəfindən idarə olunur və Bank yüksək korporativ idarəetmə standartlarının tətbiqi üzrə uzunillik təcrübəyə malikdir. Beynəlxalq maliyyə strukturları ilə uğurlu əməkdaşlığı “Rabitəbank”-ın şəffaflığının və beynəlxalq standartlara uyğunluğunun bariz göstəricisidir. “Standard & Poor’s” reytinq agentliyi tərəfindən 2010-cu ildə aparılmış araşdırmanın nəticələrinə əsasən, “Rabitəbank” Azərbaycanın 5 ən şəffaf bankları siyahısına daxil edilmişdir. 2012-ci ildə “Ekonomist” jurnalının hazırladığı şəffaflıq üzrə ölkə banklarının renkinqində “Rabitəbank” birinci yeri tutmuşdur.
“Rabitəbank” ASC-nin rəhbərliyi bildirir ki, “Rabitəbank” dövlətin və vətəndaşların etibarını yüksək dəyərləndirir, tərəfdaşlarının və müştərilərinin etimadını doğrultmaq üçün müasir peşəkar bank standartlarına uyğun fəaliyyət göstərir. Rabitəbank 20 illik fəaliyyəti dövründə dövlətin mənafeyini hər zaman qorumuş, qanunlara ciddi əməl etmiş və əməl etməkdə davam edəcəkdir.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili