01 May 2013

Rabitəbank birinci rübdə bütün göstəricilərini artırıb

Rabitəbank ASC 2013-cü ilin birinci rübünə uğurla yekun vurub. İlin əvvəlindən etibarən Bank yeni kampaniyalar reallaşdırmış, kiçik və orta biznesin partnyoru kimi çoxsaylı layihələr maliyyələşdirmiş, əhaliyə yüksək keyfiyyətli məhsullar təklif etməklə göstəricilərini daha da yaxşılaşdırmışdır.
Aprelin 1-nə olan göstəricilərə əsasən, Rabitəbank-ın aktivləri 194  milyon AZN təşkil edib. İlin əvvəli ilə müqayisədə aktivlər 37 milyon və ya 24% artıb.
Birinci rübün yekununda Rabitəbank-ın vergidən əvvəlki mənfəəti 324 min manatdan çox olub. Ötən ilin müvafiq dövrünə nisbətdə bu göstərici 129 min AZN və ya 66% artıb.
Bankın müştərilər üzrə kredit portfeli 3 ayın yekununda 110 mln. AZN olub ki, bu da ilin əvvəli ilə müqayisədə 4% artım təşkil etmişdir. 
Bankın müştərilər üzrə depozit portfeli 1 aprel tarixinə 128 mln. manat olub. İlin əvvəlinə nisbətdə depozit portfelində 35 mln. və ya 39 %-dən çox artım müşahidə olub.
Bankın kapitalı 1 aprel 2013-cü il tarixinə ilin əvvəli ilə müqayisədə 23% artaraq 44,4 mln. AZN-ə çatmışdır. 
Bankın nizamnamə kapitalı 1 aprel 2013-cü il tarixinə 40 mln. manat təşkil edib. İlin əvvəlindən etibarən bu göstərici 10 mln. manat artmışdır.
Bu müddətdə Rabitəbank ASC-nin Bakını və regionları əhatə edən 20 şöbə və filialı fəaliyyət göstərib. İlin ilk ayında Rabitəbank-ın idarə heyətinin komandasında dəyişikliklər baş vermiş, beynəlxaq təcrübəli bankir Nikoloz Şurqaia İdarə Heyətinin sədri  təyin olunmuşdur. 
Bu il özünün 20 illiyini qeyd edən Rabitəbank yubiley ilində əhali və biznes nümayəndələri üçün bir sıra sərfəli kampaniyalar keçirməyi planlaşdırır. Bu ilin mart ayında Bank qadınlar üçün 8 Mart – Endirim kampaniyasını uğurla həyata keçirmişdir.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili