08 May 2013

Rabitəbank yeni Nərimanov filialını istifadəyə verdi

6 may 2013-cü il tarixində Rabitəbank ASC-nin Bakıda daha bir filialı müştərilərin xidmətinə verildi. Yeni “Nərimanov filialı” paytaxtın İsmayıl Hidayətzadə küçəsi, 49/51 ünvanında (keçmiş Montin qəsəbəsi) fəaliyyətə başlayıb. Telefon nömrəsi:

99412 5144437/38


Bankın digər filialları kimi, Nərimanov filialı əksər bank əməliyyatları, müxtəlif növ kreditlər, əmanətlər, kommunal və mobil ödəmələr üzrə xidmətlər təklif edəcək.
Bu, sayca Rabitəbank-ın Bakıda 7-ci, ölkə üzrə 19-cu filialıdır. Bu il özünün 20 illik yubileyini qeyd edən Rabitəbank 2013-cü ilin sonuna daha bir filial açmaq niyyətindədir.
Bu ilin ilk rübünün nəticələrinə əsasən, Rabitəbank-ın aktivləri 24% artaraq 194  milyon AZN təşkil edib.
Hazırda Bankın paytaxtla yanaşı, regionlardan Sumqayıt, Ağcəbədi, Şirvan, Şəmkir, Qusar, Quba, Xaçmaz, Şəki, Şamaxı, Kürdəmir, Gəncə, Lənkəran, Naxçıvanda filialları əhaliyə geniş spektrdə bank məhsulları təklif edir.

 

 


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili