28 İyun 2013

Rabitəbank 20 yaşını qeyd edir



Rabitəbank 20 yaşını qeyd edir


Rabitəbank 30 iyun tarixində 20 illiyini qeyd edir. 1993-cü ildə əsası qoyulmuş Rabitəbank hazırda Azərbaycanda mikro və kiçik biznesə kreditlərin verilməsi sahəsində aparıcı banklardan biridir. Bankın müştəriləri istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, ticarət, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələr və fərdi sahibkarlar, həmçinin ölkə əhalisidir.

Rabitəbank yubiley ilində inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bank, 20 filial və 2 şöbə vasitəsi ilə Bakı şəhəri və Azərbaycanın 15 regionunu əhatə edir. Rabitəbankın 2013-cü ildə Bakının Nərimanov rayonunda və Ağsu şəhərində daha iki filialı açılmışdır.

Hazırda Rabitəbank-ın 450 nəfərdən artıq təcrübəli və ixtisaslı peşəkar heyəti 50 000-ə yaxın şirkət və fiziki şəxslərdən ibarət müştəriyə xidmət göstərir.  

31 may 2013-cü il tarixinə bankın ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 33% artaraq 209 milyon AZN, müştərilərə verilən kreditlər 31% artaraq 148 milyon AZN, depozitlər 57% artaraq 137 milyon AZN və kapital 32% artaraq 45 milyon AZN təşkil etmişdir. Bank 2013-cü ilin ikinci yarısında kapitalını 55 milyon manatdan da çox  artırmağı, mənfəət və balans göstəricilərinidaha da yaxşılaşdırmağı qarşısında  hədəf qoyub.
Beynəlxalq maliyyə strukturları ilə uğurlu əməkdaşlığı Rabitəbankın şəffaflığının və beynəlxalq standartlara uyğunluğunun bariz göstəricisidir. 1997-ci ildən Beynəlxalq Maliyyə Korporasiya (İFC) ilə başlayan əməkdaşlıq hazırda həmçinin İslam İnkişaf Bankı (ICD), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə davam etdirilir. İnkişaf maliyyə fondları ilə yanaşı, Rabitəbank əlavə maliyyə vəsaitləri cəlb etmək məqsədilə ABŞ və Avropanın investisiya fondları və iri bankları ilə əməkdaşlıq edir. Beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq Standard & Poor’s reytinq şirkəti tərəfindən 2010-cu ildə aparılmış araşdırmanın nəticələrinə əsasən Rabitəbank Azərbaycanın 5 ən şəffaf bankları siyahısına daxil edilmişdir.
Rabitəbankın səhmdarlarının, rəhbərliyi və bütün əməkdaşlarının qarşısında duran əsas hədəflər bankın filial şəbəkəsini daha da genişləndirmək, müştərilərə göstərilən xidmətlərin miqyasını artırmaq və təkmilləşdirmək, beynəlxalq tərəfdaşlarla əlaqələri möhkəmləndirmək və Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr verməkdir.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili