03 İyul 2013

Rabitəbank yeni Ağsu filialını istifadəyə verdi

Rabitəbank Ağsuda yeni filial istifadəyə verdi

 

İyunun 29-da Rabitəbank ASC-nin Ağsu rayonunda yeni filialının açılış mərasimi keçirildi. Bu, 2013-cü ilin əvvəlindən başlayaraq Bankın müştərilərinin xidmətinə verdiyi sayca ikinci yeni filialıdır. “Ağsu filialı” rayon mərkəzinin M.Ə.Rəsulzadə küçəsində, “Modern” mebel evinin yanında fəaliyyətə başlayıb.
Bankın digər filialları kimi, Ağsu filialı əksər bank əməliyyatları, müxtəlif növ kreditlər, əmanətlər, kommunal və mobil ödəmələr üzrə xidmətlər təklif edəcək.
Bu, sayca Rabitəbank-ın ölkə üzrə 20-ci filialıdır.
31 may 2013-cü il tarixinə bankın ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 33% artaraq 290 milyon AZN, müştərilərə verilən kreditlər 17% artaraq 122 milyon AZN, depozitlər 57% artaraq 137 milyon AZN və kapital 32% artaraq 45 milyon AZN təşkil etmişdir.
Hazırda Bankın paytaxtda 7 filialı ilə yanaşı regionlardan Ağsu, Sumqayıt, Ağcəbədi, Şirvan, Şəmkir, Qusar, Quba, Xaçmaz, Şəki, Şamaxı, Kürdəmir, Gəncə, Lənkəran, Naxçıvanda filial və şöbələrlə əhaliyə geniş spektrdə bank məhsulları təklif edir.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili