18 Sent. 2013

Rabitəbank neftçilər üçün 1 il faizsiz kredit kampaniyasına start verdi


Rabitəbank 20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycanda misli görünməmiş endirim kampaniyasına start verdi. Yeni kampaniyanın şərtlərinə əsasən, Bankdan 2 illik kredit alan neftçilərə son 1 ilin kredit faizləri hədiyyə olunur!
Belə ki, neft sahəsində calışanlar Rabitəbankdan istənilən məqsəd ücün 24 aylıq Nağd Pul krediti aldığı təqdirdə son 12 ay kredit üzrə faiz ödəməyəcək. Kampaniya çərçivəsində 18 ay kredit götrürən neftçilərin faizsiz güzəşt dövrü 6 ay, 12 aylıq kredit götürənlərdə isə 3 ay təşkil edəcək. Kampaniya 20 oktyabr 2013-cü il tarixinə kimi davam edəcək.
Güzəştli kredit kampaniya çərçivəsində neft və qaz sahəsinə aidiyyatı olan bütün yerli və xarici özəl və dövlət şirkətlərdə çalışanlar kredit ala biləcək. Güzəştli kredit götürmək istəyən neftçilər Bankın istənilən filialına müraciət edə bilər. Hazırda Rabitəbank-ın Bakıda 7 filialı, Sumqayıt, Gəncə, Şirvan, Şamaxı, Şəmkir, Şəki, Quba, Qusar, Xaçmaz, Ağcəbədi, Ağsu, Kürdəmir, Lənkəran, Naxçıvan da daxil olmaqla ölkənin bir çox regionlarında filial və şöbələri fəaliyyət göstərir. Əlavə məlumatı Bankın www.rabitabank.com saytından və 133 nömrəsindən  əldə etmək olar.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili