01 Okt. 2013

Peşə bayramları münasibətilə müəllimlər güzəştli kredit ala biləcəklər

Rabitəbank müxtəlif peşə sahibləri üçün başladığı kredit kampaniyalarını  davam edir. Azərbaycanda misli görünməmiş kampaniya indi 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təhsil işçilərinə şamil ediləcək. Bankdan 2 illik nağd pul krediti alan təhsil sahəsinin nümayəndələrinə son 1 ilin kredit faizləri hədiyyə olunacaq!
Belə ki, təhsil sahəsində calışan hər bir şəxs Rabitəbank-dan istənilən məqsəd ücün 24 aylıq  Nağd Pul krediti aldığı təqdirdə son 12 ay kredit üzrə faiz ödəməyəcək. Kampaniya çərçivəsində 18 ay kredit alan müəllimlərin faizsiz güzəşt dövrü son 6 ay, 12 aylıq kredit götürənlərdə isə son 3 ay təşkil edəcək. Artıq başlamış kampaniya 10 noyabr 2013-cü il tarixinə kimi davam edəcək.
Güzəştli krediti təhsil sahəsində çalışan hər kəs, o cümlədən universitet, məktəb, bağca, internat, müsiqi məktəbi, elm institutu və təhsil şöbəsi kimi müəssisələrdə calışan  müəllimlər, elm işciləri və inzibati işcilər ala biləcək.

Güzəştli kredit əldə etmək ücün təhsil sahəsinin işciləri Rabitəbankın istənilən filialına müraciət edə bilər. Hazırda Rabitəbank-ın  Bakıda 7 filialı, Sumqayıt, Gəncə, Şirvan, Şamaxı, Şəmkir, Şəki, Quba, Qusar, Xaçmaz, Ağcəbədi, Ağsu, Kürdəmir, Lənkəran, Naxçıvan da daxil olmaqla ölkənin bir çox regionlarında filial və şöbələri fəaliyyət göstərir. Əlavə məlumatı Bankın www.rabitabank.com saytından və 133 nömrəsindən  əldə etmək olar.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili